Siyasət

  • 5 082

Sevinc Fətəliyeva: TANAP Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub

image

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. İyunun 12-də TANAP layihəsinin açılışı bu siyasətin parlaq nəticələrindən biridir.

Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, Trans-Anadolu qaz boru kəməri ilə Azərbaycan təbii qazının Avropaya nəqli reallaşacaq. Dünya enerji siyasətində və beynəlxalq münasibətlər sistemində Azərbaycanla bağlı prioritetlərin mövcud olduğunu deyən Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizin apardığı enerji siyasəti nəticəsində respublikanın təhlükəsizliyinə və gələcək tərəqqisinə əlavə təminat yaradılır. Sevinc Fətəliyeva əlavə edib ki, dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. O, ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində aparılan iqtisadi, o cümlədən enerji siyasətini yüksək qiymətləndirərək deyib ki, bu, həyata keçirilən transmilli layihələrin təşəkkül tapmasına və ölkəmizin beynəlxalq inteqrasiyasına hərtərəfli dəstək verir.
“Azərbaycanın neft və enerji sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə verib, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaradıb. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, bu gün isə TANAP regionun əhəmiyyətini artıraraq Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub. Bütün bu layihələr Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor kimi önəmini artırır”, -deyə S.Fətəliyeva vurğulayıb.
yap.org.az

Digər xəbərlər