Siyasət

  • 3 879

"Ermənistan rəhbərliyi həmsədrlərə uşaq yalanlarını sırımaq istəyir"

image

“Ermənistan prezidenti Armen Sərkisyan həmsədrlərlə görüşdə Dağlıq Qarabağ danışıqları ilə baş nazir Nikol Paşinyanın məşğul olacağını bildirdi. Ermənistanın baş naziri, xarici işlər və müdafiə nazirləri və isə həmsədrlərlə görüşdə təmas xəttində vəziyyətin “gərginliyini” qabartdılar və onların qarşısına danışıqlar üçün müvafiq şəraitin yaradılması məsələsini qoydular. Ermənistanın yeni rəhbərliyinin bu mövqeyi heç bir tənqidə dözmür”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, qoşunların təmas xəttindəki vəziyyətin parametrləri Ermənistan rəhbərliyinin uşaq yalanlarını ifşa edir:
I. Qoşunların təmas xəttində atəşkəs rejiminin pozulmasının sayı ən minimal həddədir. Ermənistanın müdafiə nazirliyinin yaydığı dövri məlumatlarla tanış olmaqla bunu asanlıqla anlamaq olar.
II. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində olan ölümlərin sayı əvvəlki analoji dövrlərlə müqayisədə heç bir artıma malik deyil. Əksinə, azalma tendensiyası var.
III. Ermənistan tərəfdən ölən hərbçilərin böyük əksəriyyəti digər erməni hərbçisi tərəfindən öldürülüb. Ona görə istər qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində erməni hərbçilərinin ölümünün məsuliyyəti elə Ermənistan hərbiçilərinin üzərindədir.
IV. Qoşunların təmas xəttindəki sakitlik ötəri deyil, bir ildən çoxdur davam edir.
V. Atəşkəs rejiminin bundan daha az pozulması yalnız Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərindən çıxdıqdan sonra mümkündür. Həm də ermənilərin Azərbaycan torpağında bir-birini öldürməsi hallarına da son qoyular.VI. Ermənistan Silahlı qüvvələrinin Baş Qərargahının rəisi Artak Davtyn həmsədrlər Yerevanda olan gün qoşunların təmas xəttində Azərbaycanın hərbi qüvvə toplaması ilə bağlı deyilənləri təkzib etdi: Xüsusi qüvvə toplanması yoxdur və eləcə də narahatlıq üçün əsas.VII. ATƏT MQ həmsədrləri qoşunların təmas xəttindəki real vəziyyət barədə Ermənistanın yaydığı rəsmi məlumatları əsas götürür. Baş nazir, Xarici İşlər və Müdafiə nazirlərinin görüş zamanı atəşkəs rejiminin intensiv pozulması barədə dedikləri istənilən normal adamda həmsöhbətinin uşaq ağlına malik olması görüntüsünü yaradır.Həmsədrlərin Ermənistana səfəri ərəfəsində Naxçıvan istiqamətində vəziyyət gərginləşdi, Azərbaycan ordusunun hərbçisi Ermənistan hərbçisinin atəşi nəticəsində şəhid oldu. Ermənistanın təxribatı cavabsız qalmadı və Azərbaycan ordusu ermənilərin necə deməyindən asılı olmayaraq müəyyən qədər ərazini özünün nəzarəti altına qaytardı. Bu ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması Azərbaycana Yerevan-Gorus-Laçın-Xankəndi (Stepanakert) yolunu nəzarət altına götürməyə imkan verir. Azərbaycan ordusu istənilən anda Laçın dəhlizini bağlaya bilər. Azərbaycan Prezidenti Naxçıvanda olarkən Azərbaycanın raket qoşunlarının düşmənin istənilən hədəfini məhv etmək gücündə olduğunu bildirdi. Söhbət təkcə Ermənistan ərazisindən getmir, söhbət o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki hədəfdən gedir və bu hədəflərin içərisində Laçın dəhlizi ən vacib hədəflərdən biridir”.

sia.az

Digər xəbərlər