Siyasət

  • 8 342

Fərhad Abdullayev: "Hüququ dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır"

image

2018-ci il çox əlamətdar ildir. Bildiyiniz kimi bu il Ölkə başçısı İlham Əliyev tərəfindən Cümhuriyyət ili elan edilib. Bununla bağlı silsilə tədbirlər keçirilir və bu tədbirlər davamlı olacaq". SİA-nın xəbərinə görə, bu fikirləri Konstitusiya Məhkəməsininin sədri Fərhad Abdullayev Bakıda "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı mühüm tədbirin keçiriləcəyini dilə gətirən Məhkəmə sədri söyləyib ki, 2018-ci ildə eyni zamanda Ulu Öndər Heydər Əliyevin 95 illiyinin tamam olması bizim üçün əlamətdardır: "Azərbaycan müstəqilliyini asan şəkildə əldə etməyib. Ümumiyyətlə müstəqillik asan yolla əldə edilmir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və həyata keçirdiyi mühüm işlər nəticəsində ölkəmizin müstəqilliyi qorunub saxlanıb".Ümummilli liderin Azərbaycan Konstitusiyasının qəbulundan gördüyü işlərdən söz açan F.Abdullayev söyləyib ki, Azərbaycanın çətin bir dövründən müstəqil Konstitusiyanın qəbulu, ölkə qanunvericiliyinin qurulması çox vacib məsələ idi ki, bu da Ulu Öndərin fəaliyyəti nəticəsində mümkün olub: "Ümummilli Liderin bu istiqamətdə fəaliyyəti Onun şah əsəridir".F.Abdullayev qeyd edib ki, bir sıra qanunvericilik aktlarında aparılan dəyişiklər nəticəsində Azərbaycanda vətəndaşlarımız stabil şəraitdə yaşayır: "Azərbaycan müstəqil siyasətini həyata keçirir. Hüququ dövlətin inkişafı müstəqil siyasətimizlə bağlıdır".Ombudsmanın fəaliyyəti haqqında fikir bildirən Konstitusiya Məhkəməsinin sədri söyləyib ki, məhkəmə tərəfindən 30-da yaxın qərarlarda ombudsmanın təşəbbüsü öz əksini tapıb: "Biz çalışırıq ki, Konstitusiya müddəaları anlaşıqlı düzgün başa düşülməsi üçün daha da asanlaşsın, yüngülləşsin".

sia.az

Digər xəbərlər