Siyasət

  • 5 927

Elman Məmmədov: “Paşinyan Moskvada verilən təlimatı icra edir"

image

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa növbəti səfəri onun Moskvaya gedib-gəlişindən dərhal sonra baş tutdu. Burada iki versiya ola bilər. Rəsmi Moskvanın təlimatı, tapşırıqları nə olubdusa Paşinyan da Dağlıq Qarabağa o məqsədlə gedib. Yəni rəsmi Moskva burada iki cür mövqe ortaya qoya bilər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.“Biz hər halda Moskvadan ədalətli mövqe gözləyirik. Heç olmasa tarixinin bu dövründə rəsmi Moskva bizim Rusiyaya olan çox səmimi münasibətimizi, əməkdaşlığımızı, tərəfdaşlığımızı, mehriban qonşuluğumuzu nəzərə alaraq ola bilər ki, Paşinyana ədalətli bir tapşırıq versin. Əgər Moskva belə bir tapşırıq versə bu düzgün və ədalətli bir variantdır. Təbii ki, proseslər bunun əksinə də ola bilər. Arzu edərdik ki, birinci variant olsun. Azərbaycanla Rusiya arasında olan bugünkü çox normal münasibəti, tərəfdaşlığı, əməkdaşlığı və s. nəzərə alaraq biz istərdik ki, bu ədalətli bir tapşırıq olsun. Ancaq birmənalıdır ki, Paşinyan Moskvada verilən təlimatı, tapşırığı icra etmək üçün ora gedib. Bunun nədən ibarət olmasını isə zaman göstərəcək”-deyə, millət vəkili fikirlərini tamamlayıb

sia.az

Digər xəbərlər