Siyasət

  • 3 169

"Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir"

image

"Azərbaycan inkişafına görə ölkələr arasında qabaqcıl yer tutub". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.Tarixə nəzərə salan Ombudsman Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və həmin dövrdə ölkəmizin əldə etdiyi uğurlardan söz açıb. O bildirib ki Azərbaycanda qadınlara ilk seçki hüququ, ordumuzun yaranması, Bakı Dövlət Universitetinin yaranması 23 aylıq AXC-nin əldə etdiyi ən mühüm uğurlardan sayılıb. Azərbaycanın ikinci dəfə 1991-ci illərdə qazandığını dilə gətirən Ombudsman söyləyib ki, bu müstəqilliyin qorunması Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan qısa müddətdə çox böyük inkişaf yolu keçib. Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələri var".Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə qorunduğunu deyən E.Süleymanova söyləyib ki, bir sıra ölkələrdə ölüm cəzası qalsa da Azərbaycanda ölüm cəzası ləğv edilib. O əlavə edib ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.Elmira Süleymanova ölkəmizin 30 ildən artıq müddətdə davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.Ölkəmizdə ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan E.Süleymanova insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən geniş maarifləndirmə işindən danışıb.

sia.az

Digər xəbərlər