Siyasət

  • 3 625

Millət vəkili: “Paşinyana qarşı etirazlar çoxalacaq"

image

“Azərbaycan ordunun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm hərbi parada hazırlaşır. Paradda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən qabaqcıl hərbi silahlarla silahlandığını görəcəyik. Hərbi pardaımızı bütün dünya izləyəcək. Ən çox maraqlı tərəf isə Ermənistandır. Çünki, onların hərbi paradda nümayiş etdirməyə və bizimlə üz-üzə çıxartmağa hər hansı bir texnikası yoxdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, artıq tüfənglə müharibə aparmaq zamanı bitib: “Paşinyan bilir ki, Azərbaycan ordusunun yeganə məqsədi torpaqlarımızı azad etməkdir və bu tez-gec baş verəcəkdir. Hərbi paradımızda nümayiş edəcəyimiz güc də bunu deməyə imkan verəcəkdir. Paradımızı izləyən ermənilər Azərbaycanın gücünü görəndə vahiməyə düşəcəklər və özlərinin məğlubiyyətini anlaycaqlar. Paşinyan öncədən Qarabağa səfər etməklə ermənilərin düşəcəyi vəziyyəti qabaqlamaq istəyir. O, öz xalqına göstərmək istəyir ki, bizim də hərbimiz var və qorxuya düşmək lazım deyil. Amma vəziyyət Paşinyanın istədiyi kimi deyil. Çünki Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradı düşməni lərzəyə gətirəcək və onlar dərk edəcəklər ki, özlərinin məhv olacağı gün uzaqda deyil. Paşinyanın Dağlıq Qarabağa səfərinin də məqsədi kilsənin açılışını etməklə təsəlli verməkdir. Düşünürəm ki, hərbi paradımızıdan sonra Dağlıq Qarabağda və Ermənistanda Paşinyana qarşı etirazlar çoxalacaq və Paşinyanı Azərbaycanla sülh yolu ilə məsələnin həllinə məcbur edəcəklər. Əks halda nə baş verəcəyini onlar yaxşı anlayacaqlar”.

sia.az

Digər xəbərlər