Siyasət

  • 6 861

Musa Quliyev: Səhiyyənin inkişafı hər zaman diqqət mərkəzindədir

image

«Ölkəmizdə fəaliyyət göstərən tibb müəssisələrinin mütləq əksəriyyəti müasir standartlara cavab verir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir. Onun sözlərinə görə, son 15 ildə 600-dən çox yeni tibb müəssisələri inşa olunaraq istifadəyə verilib və ya əsaslı təmir olunub.
«Prezident İlham Əliyev səhiyyənin inkişafını daim diqqət mərkəzində saxlayır.. Dövlət səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımları atır. Məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib. Bu yöndə işlər uğurla davam edir»-deyə, M.Quliyev qeyd edib.

yap.org.az

Digər xəbərlər