Siyasət

  • 4 892

"Ermənistan rəhbərliyi ilk dəfədir Ermənistan vətəndaşlarından təşkil olunub"

image

“Konstitusiya dəyişikliyi və bundan sonra baş verən “məxməri inqilab” Ermənistanın xarici məsələlərdə dövlət təmsilçiliyini dəyişdi və hakimiyyətə tamamilə yeni adamlar gətirdi. Ermənistanda ilk dəfədir ki, rəhbərlik Ermənistan vətəndaşlarından təşkil olunub. Həm prezident Armen Sərkisyan, həm də baş nazir N.Paşinyanın özləri, ataları və babaları Cənubi Qafqaz Ermənistanındanda - Çar Rusiyasının yaratdığı Ermənistanda anadan olublar”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Ermənistanı beynəlxalq danışıqlarda kimin təmsil edəcəyi rəsmən mübahisəli məsələdir: “Nikol Paşinyan baş nazir seçildikdən dərhal sonra AİB-in Soçi iclasında iştirak etməli idi. Bu iştirak əlavə təsdiq tələb edirdi. Ona görə Ermənistan hökumətinin iclasından sonra Ermənistan Xarici İşlər Nazirliyi o zamankı nazir E.Nalbandyanın imzası ilə AİB rəhbərliyinə rəsmən müraciət göndərdi. Müraciətə görə Ermənistanı baş nazir N.Paşinyan təmsil edəcək. Bundan bir neçə gün sonra MDB hökumət başçılarının Özbəkistan iclasında Ermənistanı baş nazir deyil, onun birinci müavini A.Mirzoyan təmsil etdi. Ermənistan dövlətinin xarici ölkələrdə, beynəlxalq tədbirlərdə təmsilçilik problemi var və rəsmi Yerevan yuxarıda göstərdiyimiz iki addımı bunu etiraf etdiklərinin sübutudur. Erməni materiyasının və kimyasının özünə məxsusluğunu nəzərə alsaq onlar Dağlıq Qarabağ danışıqlarında Ermənistanın təmsilçiliyinə daha fərqli münasibət göstərəcəkləri sirr deyil. N.Paşinyanın baş nazir seçildiyi andan Dağlıq Qarabağ danışıqları barədə tutduğu mövqe onun uşaq cığallığının sübutudur. Levon Ter-Petrosyanın dövründən Ermənistan rəhbərliyi Dağlıq Qarabağ danışıqlarını aparır. N.Paşinyan presedent yaratmayıb. Presedenti qeyri-qarabağlı, Suriya ermənisi Levon Ter-Petrosyan yaradıb.Beləliklə, həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur: Ermənistanı danışıqlarda kim təmsil edəcək və buna uyğun Azərbaycanı danışıqlarda kim təmsil edəcək?! Həmsədrlər yaydığı bəyanatda danışıqların statusunu ilk məsələ kimi qoymuşdular. Görünür, Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüşündə ilk razılaşdırılan məsələ bu olacaqdır. Ermənistanın Dağlıq Qarabağ danışıqlarında ən yaxşı təmsilçisi indiki halda prezident Armen Sərkisyandır. Konstitusiyaya görə o dövlətin başçısıdır. Amma onun səlahiyyətlərində məhdudiyyətlər var. Ona görə Ermənistan hökuməti danışıqları aparmaq üçün lazım olan bütün səlahiyyətlərin prezident Armen Sərkisyana verilməsi ilə bağlı qərar qəbul edir və bu qərarı parlament təsdiq edir. Bundan sonra Ermənistan prezidenti Azərbaycan Prezidenti ilə danışıqlar aparmaq hüququ əldə edir.Digər variant baş nazirlər arasında danışıqların aparılmasıdır. N.Paşinyanın konstitusiyaya görə belə səlahiyyəti var. Azərbaycan Respublikasının baş nazirinin də belə hüququ var. Prezident İ.Əliyev əlavə qərar qəbul etməklə baş nazirin səlahiyyətlərini daha da təkmilləşdirə bilər. Yaranmış vəziyyətdə Azərbaycan Respublikasının baş naziri təkcə Azərbaycanda deyil, eləcə də Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsinin gedişini ən yaxşı bilən çox azsaylı şəxslərdən biridir. Ermənistanın rəsmi təmsilçilərində bu məsələdə Azərbaycanın baş nazirinə rəqabət yarada biləcək şəxs yoxdur.Üçüncü format çoxsaylı dəyişikliklərə daha bir dəyişiklik əlavə etməklə yaradıla bilər. Ermənistan-Azərbaycan dövlət sərhədinin Gorus-Laçın hissəsində yarısı Ermənistan respublikasının, qalan yarısı Azərbaycan Respublikasının ərazisində olmaqla “Sülh evi” tikilir. Hər iki tərəfdən tənzimlənməyə məsul şəxslər təyin olunur. Bu rəsmilər vaxtaşırı işçi qrupunun iclasını təşkil edir.Dördüncü variant da mümkündür. Ermənistanın baş nazirinin danışıqlar formatına yeni iddiaları və prezident Armen Sərkisyanın danışıqlardan imtinası fonunda Azərbaycan və Ermənistan rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna şərait yaradırlar. Ermənistanın baş naziri N.Paşinyan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə may ayındakı görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyəti təmsilçilərinin danışıqlar prosesinə cəlb olunmasında maraqlı olduğunu bildirmişdi. Belə danışıqlarda Dağlıq Qarabağ ermənilərinin tərəf müqabili yalnız Dağlıq Qarabağ azərbaycanlıları ola bilər.

Ümumiləşdirsək, Dağlıq Qarabağ tənzimlənməsində həmsədrlərin iştirakı ilə yeni mərhələnin başlandığını konstatasiya etmək olar. Həmsədrlər:
I. Ermənistan rəhbərliyinin heç bir tənqidə dözməyən, savadsız, reallıqdan uzaq yanaşmalarına dözmək fikrində deyillər. Onların Ermənistana bir günlük səfəri 3 günə çevirmələri bunu əyani göstərir. Yaydıqları bəyanat bunun daha bir sübutudur.
II. Həmsədrlərin Azərbaycan Respublikasının danışıqlara hazırlığına heç bir şübhələri yoxdur.
III. Həmsədrlər Yenilənmiş Madrid Prinsipləri əsasında hazırladıqları tənzimlənmə variantını Ermənistan qarşısında müdafiə etməyə iradəlidirlər.
Bu kontekstdən əsas məsələ həmsədrlərin Azərbaycan ordusunun tənzimlənmə prosesinə yardım etmək imkanına müraciətinin vaxtı diqqəti xüsusi çəkir”.

sia.az

Digər xəbərlər