“Paşinyanın Dağlıq Qarabağa ikinci səfəri, faktiki olaraq, beynəlxalq hüquq normalarına zidd olan bir hərəkətdir”. Bunu SİA-ya açıqlamasında Politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Paşinyan hansı məqsədi güdürsə-güdsün, bu işğal edilmiş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərdir: “Bu mənada, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edildiyi kimi, bu, Azərbaycanı müharibəyə çağırış xarakteri daşıyır. Çünki Paşinyan əgər sülh prosesinə sadiq olsaydı, belə qıcıqlandırıcı səfərlər etməzdi. Həmin səfərlər isə Ermənistanın güclənən Azərbaycan Ordusu qarşısında ciddi narahatçılıq keçirməsi ilə sıx bağlıdır. Bu baxımdan, Ermənistanın Dağlıq Qarabağdakı qoşun kontingentindən bir növ xəbərdar olmaq və orada olan boşluqları doldurmaq üçün edilən səfərdir. Paşinyan ordumuzun Naxçıvan bölgəsində apardığı uğurlu əməliyyatdan ciddi sürətdə narahat olduğunu bir daha nümayiş etdirdi".
sia.az