Siyasət

  • 2 684

Vyaçeslav Volodin: Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artması yaxşı göstəricidir

image

Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artımı çox yaxşı göstəricidir.Bu barədə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin iyunun 24-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

V.Volodin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğulayıb və bildirib ki, ticarət dövriyyəsinin 30 faiz artımı bunun çox yaxşı göstəricisidir.
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri, eyni zamanda, turizm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edərək ötən il Rusiyadan Azərbaycana 850 mindən artıq turistin gəldiyini bildirib və bu göstəricinin 18 faiz artdığını qeyd edib.
O bildirib ki, bu rəqəm Rusiya turistləri üçün ənənəvi olan bir çox ölkələrin göstəricisini artıq geridə qoyub.

yap.org.az

Digər xəbərlər