Siyasət

  • 3 147

Aydın Mirzəzadə: "Türkiyədə qazanılan qələbə ümumi Türk dünyasının uğurudur"

image

“Türkiyədə gərgin keçən siyasi mübarizəyə baxmayaraq, qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) qalib gələcəyi şəksiz idi. Mətbuatda verilən proqnozlarda Yeni Azərbaycan Partiyasının nümayəndələri bir qayda olaraq Türkiyədə məhz indiki dövlət başçısının və onun siyasi partiyasının qalib gələcəyini inamla bildirirdilər”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.O bildirib ki, Türkiyədə qazanılan qələbə Ədalət və İnkişaf Partiyasının apardığı siyasət nəticəsində əldə olunub: “ Türkiyədə qazanılan qələbə ümumi Türk dünyasının uğurudur. Rəcəb Tayyib Ərdoğanın apardığı siyasət bu gün ümumi maraqlara cavab verməklə yanaşı, regionda stabilliyin yaranmasına, inkişafın təmin olunmasına böyük zəmin yaradır. Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan–Türkiyə münasibətləri daha da inkişaf edərək, yüksək səviyyəyə qalxdı. Azərbaycan və Türkiyənin dövlət başçıları arasında dövlətlərarası münasibətlərlə yanaşı, şəxsi dostluq nümunələri də var”.YAP rəsmisi qeyd edib ki, dost, qardaş ölkənin rəhbərinin yenidən prezident seçilməsi, iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə və yeni konturlar əldə edəcəyinə işarədir. Hər iki ölkə beynəlxalq aləmdə birgə mövqedən çıxış edir və birgə milli maraqları var. İki ölkənin birgə həyata keçirdiyi iqtisadi layihələr bu gün regionun əsas iqtisadi xarakteristikası hesab edilə bilər. Ümumən götürdükdə isə qardaş ölkə seçicisinin eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin qorunub saxlanmasına, onun inkişaf etdirilməsinə səs verdiyini qətiyyətlə demək olar”.

sia.az

Digər xəbərlər