Siyasət

  • 3 332

Rasim Musabəyov: “Paşinyan başından böyük işlər görə bilməz"

image

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarını ölkədən çıxarmağa, Ermənistan-Türkiyə sərhəddinə nəzarəti rus qoşunlarının əlindən almağa hazırlaşmasına reallığı əks etdirmir”. Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov deyib.Onun sözlərinə görə, Paşinyan başından böyük işlər görə bilməz: “Onun buna heç cür cəsarəti çatmaz. Hesab etmirəm ki, Ermənistandakı parlament seçkiləri ərəfəsində onun hansısa ağır kompromisə getmək imkanı olsun. Əgər o hakimiyyətini möhkəmləndirərsə sonrakı proseslər bunu ortaya çıxaracaq”.Rusiyalı politoloqların, ekspertlərin cəbhə xəttinin strateji Lələtəpə yüksəkliyinə, Cocuq Mərcanlıya səfər etmələri məsələsinə də toxunan politoloq deyib ki, bu adi haldır: “Onlar dəfələrlə Dağlıq Qarabağa da səfər ediblər. Rusiyanın rəsmi mövqeyini rusiyalı politoloqlar, ekspertlər izah etmirlər. Amma hər bir halda bu səfər ermənilərə təbliğat, informasiya müharibəsi baxımından zərbədir. Lakin hələ demək olmaz ki, Rusiya Ermənistandan əlini çəkib. Bu şişidirilmiş məlumat olar”.Paşinyanın Qərbə meylliyinə gəlincə deyə bilərəm ki, Ermənistan elə əvvəllərdə Qərbə meylli olublar: “Onlar hər yerdən özləri üçün qazanc axtarmağa öyrəşiblər. Onlar nə Qərbin, nə də Rusiyanın ətəyini buraxmaq istəmir. Sadəcə olaraq onlar indi görürlər ki, Rusiya təklənib və zəifləyib. Buna görə də Qərbə meyllilik nümayiş etdirirlər”.

sia.az

Digər xəbərlər