Siyasət

  • 8 617

Təhmasib Novruzov: “Bu şəxslər bir-birinə rəqabətdədirlər ” AÇIQLAMA

image

“E.Hüseynovun "Meydan" TV rəhbəri E.Millini, L.Yunusu, X.İsmayılı maliyyə vəsaitlərini mənimsəməkdə, satqınlıqda və xəyanətkarlıqda günahlandırmaqda bir məqsəd ola bilər” . Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.Onun sözlərinə görə, bu məqsədlə kimlərsə adları çəkilən bu şəxslərə maliyyə vəsaiti verir, amma E.Hüseynova vermir: “Belə olan halda, E.Hüseynov da bu şəxslərə qarşı ittihamlar irəli sürür. Ümumiyyətlə, xaricdə bəzi qüvvələr var ki, ölkəmizdə nə isə bir xoşagəlməz vəziyyət yaratmaq üçün müxtəlif QHT-lərə maliyyə vəsaiti ayırırlar. Bu QHT-lər də həmin maliyyə vəsaitindən istifadə edərək, müxtəlif yollarla Azərbaycanda qarşıdurma yaratmağa, stabilliyi pozmağa yönəldilmiş addımlar atırlar. Bu şəxslərin hamısı da bir-biri ilə, ona görə rəqabətdədirlər. Hər biri çalışır ki, xarici donorun gözündə daha çox yüksəlsin. Bir sözlə, bütün bunların hamısı həmin o maliyyə vəsaitini əldə olunması uğurunda mübarizədən irəli gəlir”.

sia.az

Digər xəbərlər