FAO yaxın vaxtlarda Azərbaycanda 3 layihənin icrasına başlayacaq

FAO-nun Azərbaycanla əməkdaşlıq müqaviləsi var və bu müqaviləyə uyğun olaraq çox yaxında 3 layihənin icrasına başlanılacaq. BAMF-dan SİA-ya verilən məlumata görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə keçirdiyi görüşdə deyib.BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak rəhbərlik etdiyi ofisin Azərbaycanda reallaşdırdığı layihə və proqramlar barədə məlumat verib, FAO-nun gələcək planlarından danışıb.Ofisin rəhbəri Azərbaycan kənd təsərrüfatında məhsuldarlığın artımı ilə yanaşı, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb.Görüşdə FAO-nun Azərbaycandakı fəaliyyəti, o cümlədən BAMF və FAO arasında əməkdaşlıq, qabaqcıl beynəlxalq təcrübənin ölkədə tətbiqi və digər məsələlər müzakirə olunub.Umud Mirzəyev BAMF-ın FAO ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib: “Bizim Tərtərdə 6 hektar sahəmiz var. Orada tingçililk bazası yaratmaq olar. Bu həm də insanlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bundan başqa, Tərtərdə 54 başlıq ferma təsərrüfatımız da var. Biz FAO ilə uğurlu əməkdaşlıq etməyə hazırıq”.

sia.az