Siyasət

  • 2 981

Professor İbrahim Yıldırım: Azərbaycanın və Türkiyənin bir yerdə olması özlüyündə güc deməkdir

image

Azərbaycan və Türkiyə bundan sonra da bir yerdə olmalı, eyni inkişaf hədəflərinə doğru irəliləməlidirlər. Bir yerdə olmağımız özlüyündə güc deməkdir.

Bu fikirləri türkiyəli professor, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Mustafa Vəkiloğlunun qohumu İbrahim Yıldırım Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm hərbi parad barədə fikir və mülahizələrini bölüşərək deyib. Bildirib ki, Türkiyənin “Solo Türk” və “Türk Ulduzları” aviaqruplarına daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşlar tarixi bir hadisədir. Azərbaycanın və Türkiyənin bütün məsələlərdə məramı xoşniyyətlidir. Ordularımızın qüdrətlənməsi və hər zaman bir-birinin yanında olması milli təhlükəsizliyimiz üçündür.
Professor fikirlərini belə tamamlayıb: “Tərəqqi dövlətlərimizin siyasətində əsas istiqamətdir. Hər zaman sülh tərəfdarı olmuşuq. Səmimilik və qonaqpərvərlik xalqlarımızın gözəl xüsusiyyətlərindəndir. Lakin bütün bunlar rahat gələcək üçün yetərli deyil. Ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin təminatı ordularımızın qüdrətindən asılıdır”.

yap.org.az

Digər xəbərlər