Siyasət

  • 4 260

Mərkəz sədri: "Paşinyan hökuməti və özü şəxsən sürətlə nüfuzdan düşür"

image

“Ermənistanın yeni rəhbərliyinin idarəetmə stili, davranış manerası və xarakteri barədə müəyyən nəticələrə gəlmək mümkündür. İqtisadi inkişaf və investisiya naziri A.Minasyan iyunun 21-də jurnalistlərlə söhbəti zamanı sənaye indeksinin azaldığını bildirdi. Əsaslandırması bizim üçün maraqlı deyil. Fakt odur ki, nazir sənayedə geriləmənin 3,1 faiz olduğunu etiraf etdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, iyunun 26-da Milli Statistika Xidməti iqtisadi aktivlik indeksinin 10,4 faizi olduğunu və bu dövr ərzində sənaye istehsalının həcminin 13,3 faiz artdığını bildirdi: “Nikol Paşinyan iqtisadiyyata volyuntarist müdaxilə ilə istədiyi mənzərəni yaratmaq kursu götürüb. Bu eynilə S.Sərkisyanın kursudur. 2008-ci ildə hakimiyyətə gələn S.Sərkisyan dövlət büdcəsini 1 milyarddan 2 milyard dollara qaldırdı. Qalan 9 illik prezidentliyi dövründə Ermənistan büdcəsi 2 milyarddan 3 milyardadək qalxdı.N.Paşinyan hökuməti və özü şəxsən sürətlə nüfuzdan düşür. Mitinqlərlə bağlı qoyduğu qadağaya heç kim qulaq asmır. Amulsar yatağından ötrü mitinqlər fasiləsiz hal alıb. Etirazçılar birbaşa N.Paşinyanın ünvanına ittihamlar səsləndirir. Yerevan şəhər merinin istefasını tələb edən mitinqlər fasilə ilə davam edir. Müxtəlif müəllim, həkim kollektivləri də öz problemlərini mitinqlər vasitəsilə həll etməyə daha çox inanırlar, dindarların mitinqi kəsilmir. Sadəcə bu mitinqlər Yerevandan Eçmiədzin şəhərinə keçirildi. N.Paşinyanın II Qareginə dəstək verməsi də mitinqçilərə təsir etmədi.Korrupsiyaya qarşı aparılan mübarizə daha çox şou xarakterlidir. General Manvel Qriqoryanın ifşasında N.Paşinyan məktəblilərin məktubunun məzmunu oxumaqla daha çox emosional qatı gücləndirdi.Ticarət şəbəkələrində aparılan yoxlamalar qiymətin artması ilə nəticələndi. Bütün ay ərzində korrupsiyaya qarşı aparılan mübarizə nəticəsində cəmi 18 milyard dram başqa sözlə, 35 milyon dollar vəsait aşkarlanıb. Hələ bunun hamısının da büdcəyə köçürüləcəyi şübhə doğurur.Xarici siyasətdə ən çox prioritet verilən ölkə Rusiyadır. İran isə özünü Ermənistana sırımaq istəyir. Qərb strukturları ilə münasibətlər demək olar ki, başlanmayıb.

Aİ Ermənistanla tərəfdaşlıq proqramını müvəqqəti olaraq 80 faiz işə saldı.
"Diaspor-Ermənistan münasibətlərində real, praktiki mərhələ başlamayıb. Yalnız emosional qat fəaliyyətdədir”.-Aleksis Oqanyan (erməni mətbuatı onu daha çox Serena Ulilyamsın əri kimi təqdim etdi) və S.Tankyan yalnız Ermənistanda baş verənləri tərifləməklə məşğuldurlar.Kriminallıq görünməmiş dərəcədə artıb. Hər gün atışma, oğurluq halları baş verir. Kriminal nüfuzların, “qanuni oğruların” həbs olunması da kriminallığı azaltmadı. Bəlkə də ilk dövr üçün belədir. Amma Ermənistanda kriminallığın tarixi köklərinin olduğunu nəzərdən qaçırmamalıyıq.Hərbi xidmətdən yayınanların ölkəyə qayıtması barədə N.Paşinyanın müraciəti cavabsız qaldı. Heç kəs onun çağırışına cavab vermədi.N.Paşinyanın komandasının daxilində narazılıqlar başlayıb. Bəzi şəxslər istefa verdi, bəzi təyinatlar hətta komandanın daxilində birmənalı qarşılanmır.
“Çıxış” blokunun digər üzvləri ilə də N.Paşinyanın arasında narazılıqlar var.
N.Paşinyanın formalaşdırdığı koalisiyanın üzvləri arasında narazılıq yarandı və getdikcə böyüyür. Daşnak partiyasından olan nazirlər hökumətin iclasında N.Paşinyanın əleyhinə getməkdən çəkinmirlər. Q.Çarukyanın güclənməsi N.Paşinyanda qısqanclıq qarışıq qorxu yaradıb. Bəzi ekspertlərə görə N.Paşinyan “Çiçəklənən Ermənistan” Partiyasına qarşı hətta “Respublika” partiyası ilə də əməkdaşlığa getməyə hazırdır.Komandada və blokda müxtəlif narazılıqların olmasına baxmayaraq keçmiş insani münasibətlərin hələ də fəaliyyətdə olduğunu göstərən əlamətlər var. N.Paşinyan “Çıxış” bloku üzrə deputat yoldaşı E.Marukyanın ailəsində 3-cü uşağın doğulmasını hökumətin iclasında özünə məxsus şəkildə bildirdi. Sasun Mikaelyanın həyat yoldaşının ad günü əvvəlki qaydada qeyd edildi. N.Paşinyan da daxil olmaqla bütün köhnə tərəfdaşlar onun evinə toplaşmışdılar. Bu Ermənistanda Paşinyan hökumətinin start vəziyyətidir. Onun pozitiv dəyişilmə ehtimalı azdır".

sia.az

Digər xəbərlər