Siyasət

  • 3 508

"5 rayonun geri qaytarılması məsələsi gündəmə gələ bilər"

image

“Əgər Rusiya istəyərsə, o zaman Azərbaycan və Ermənistan Xarici işlərinin görüşü baş tuta bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

"Rusiya münaqişəsinin həlli ilə yaxından məşğul olmaq istəyir"
Politoloq bildirib ki, Rusiya son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar daha yaxından məşğul olmaq istəyir: “Qonşu dövlət bir növ əlindəki imkanlarından istifadə edərək problemin özünün xarici siyasətində ön plana çıxarmağa və özünü Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirməyə çalışır”.
"Rusiya öz geosiyasi maraqlarını Rusiya-Azərbaycan oxu üzərində qurmalıdır"
Ermənistanın Qərbə meyllənməsi çərçivəsində düşmən ölkə ilə Rusiya arasında münasibətlərdə soyuqluğun yarandığını deyən Q. Hüseynli qeyd edib ki, artıq Rusiyada obyektiv düşünməyi bacaran, bu dövlətin maraqlarını güdən dairələr də Cənubi Qafqazdakı prosesləri daha konseptual şəkildə dəyərləndirməyə çalışırlar: “Onlar artıq açıq şəkildə qeyd edirlər ki, indiyədək Cənubi Qafqazda aparılan siyasət xaotik xarakter daşıyıb və Rusiyanın strateji maraqlarına uyğun deyil. Rusiya bölgədəki hadisələrə yeni dəyərlərlə yanaşmaq fikrindədir. Bu Cocuq Mərcanlıya səfər edən rusiyalı ekspertlər tərəfindən də açıq şəkildə ifadə edilib. Bildirildi ki, Rusiya öz geosiyasi maraqlarını Rusiya-Azərbaycan oxu üzərində qurmalıdır. Yəni Azərbaycanı strateji partnyor deyil, müttəfiq kimi qəbul edərək bu kontekstdə bölgədəki hadisələrə qiymət verməlidir”.
"Qonşu ölkədə Azərbaycanın strateji önəmini nəzərə alınması ilə bağlı tendensiyalar mövcuddur"
Rusiyanın Xarici İşlər Nazirliyində, KİV-lərdə hələ də aparıcı qüvvələrə erməni qruplaşmalarının təsir etdiyini deyən politoloq söyləyib ki, bununla yanaşı qonşu ölkədə Azərbaycanın strateji önəmini nəzərə alınması ilə bağlı tendensiyalar da mövcuddur.
"Baş verənlər nəticədə Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın münasibətini dəyişə bilər"
Q. Hüseynli qeyd edib ki, Ermənistanda yeni hakimiyyəti Qərb yönümlü şəxslərin idarə etməsi Rusiya ilə bağların qırılmasına səbəb olacağı ilə bağlı fikirlər ortaya çıxarıb: “Ona görə də Rusiya indidən özünün strateji tərəf müqabilini seçməlidir ki, bunun da Azərbaycan olduğu deyilir. Mənə elə gəlir ki, Rusiyanın Dağlıq Qarabağa münasibətində çətinliklə də olsa, obyektiv yanaşmalar formalaşmaq ərəfəsindədir. Baş verənlər nəticədə Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın münasibətini dəyişə bilər”.
"5 rayonun geri qaytarılması məsələsi yenidən gündəmə gələ bilər"
Politoloqun fikrincə, münaqişənin həllində 5 rayonun geri qaytarılması məsələsi yenidən gündəmə gələ bilər: “İndiyədək əgər Ermənistan 5 rayon müqabilində Dağlıq Qarabağa xüsusi status verilməsini tələb edirdisə, ola bilsin ki bu məsələ gündəmə gəlməsin, lakin 5 rayonun qaytarılması üzrə danışıqlara təkan verilsin”.Məlumat üçünü nəzərinizə çatdıraq ki, Minsk qrupunun rusiyalı həmsədri İqor Popov açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırıldığını bildirib.O deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.İ. Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: “Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.

sia.az

Digər xəbərlər