Siyasət

  • 4 107

Qabil Hüseynli: “Azərbaycan nümayəndə heyəti erməniləri üstələyir”

image

“Azərbaycan tərəfi Ermənistanın silah kvotasının dəfələrlə pozduğunu əlindəki faktlarla sübut edib. Ermənistan isə heç bir fakta malik olmadan ümumi şəkildə Azərbaycan tərəfinin guya ondan daha çox silahlandığını bəyan edir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, Berlində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında Azərbaycan nümayəndə heyəti çox fəaldır: “Nümayəndə heyətimiz Ermənistanda hər adambaşına düşən və milli gəlirə nisbətən müəyyənləşdirilən silah kvotasını açıb ortaya qoyublar. Bildirirlər ki, Ermənistan bölgədə ən millitaristləşdirilmiş, hərbiləşdirilmiş bir ölkədir. Bu nöqteyi-nəzərdən də həm bölgə üçün, həm də digər ölkələr üçün ciddi təhlükə əldə edib. Ermənistanın ortaya qoymağa ciddi faktı yoxdur. Xüsusilə də ATƏT PA-da Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ məsələsinin müzakirə edilməsini, onun gündəliyə salınmasını təklif etdilər və o da qəbul edildi. Çünki ortada Azərbaycanın 20 faiz işğal edilmiş torpaqları var. Bu torpaqlarda səpələnmiş erməni qoşunları var. Azərbaycan tərəfi çalışacaq ki, silahlı erməni təcavüzünü və azərbaycanlılara qarşı etnik təmizləmənin bütün coğrafiyasını sübuta yetirsinlər və Ermənistanı təcavüzkar dövlət kimi təqdim etsinlər. Hər halda ATƏT PA-da kifayət qədər maraqlı müzakirələr gedir və bu müzakirələrdə Azərbaycan nümayəndə heyəti bütün parametrlər üzrə erməniləri üstələyir”.

sia.az

Digər xəbərlər