Siyasət

  • 6 010

Aydın Mirzəzadə: “İşğalçılıq Ermənistanın maraqlarına çox ciddi ziyan vurur"

image

“Ermənistanda hakimiyyət dəyişikliyi olduqdan sonra yenidən görüşlərin təşkil edilməsinə əlbəttə ki, ehtiyac var. Ermənistanın mövqeyinin indi nə olacağı ortaya qoyulmalıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.“Eyni zamanda Ermənistanda bu gün Sarkisyan hakimiyyətinin nümayəndələrinə qarşı anti-korrupsiya proqramı əsasında ciddi araşdırmalar gedir. Bu baxından Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilk növbədə mövqelərin ortaya qoyulması ilə xarakterizə olunacaq. Həmçinin Ermənistan tərəfinin diqqətinə çatdırılacaq ki, işğalçılıq siyasətinin davam etdirilməsi ilk növbədə Ermənistanın maraqlarına çox ciddi ziyan vurur. Azərbaycan üçün isə problemin nə yolla həll edilməsinin elə bir əhəmiyyəti yoxdur. 2016-cı ilin aprel döyüşləri, iki ay bundan əvvəl isə Naxçıvandakı Günnüt kəndinin işğaldan azad edilməsi ilə bağlı əməliyyatlar göstərir ki, Azərbaycan özünün taleyüklü məsələlərinin həll edilməsi üçün bütün imkanlara malikdir”-deyə, millət vəkili fikrini tamamlayıb.Qeyd edək ki, Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya Federasiyası, Stefan Viskonti Fransa və Əndrü Sxofer ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşü keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

sia.az

Digər xəbərlər