Siyasət

  • 3 539

Tahir Mirkişili: ATƏT PA-da Kibertəhlükəsizlik Komitəsinin yaradılması vacibdir

image

ATƏT Parlament Assambleyasının Berlində keçirilən 27-ci yay sessiyası zamanı “ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu” mövzusunda qətnamə layihəsi müzakirə olunmuşdur. Müzakirə zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili dövlətlərin əsas diqqəti informasiya müharibəsinə, saxta xəbərlərə və qanunsuz olaraq istifadəçilər haqda kütləvi informasiyanın toplanmasına yönəltməyin vacibliyini qeyd etdi. Deputat bu sahədə bütün ölkələrdə qanunvericiliyin zəif olmasini, texnologiyaların inkişaf sürətinin yüksəlməsini və ondan sui-istifadə hallarının da artmasını önə çəkərək ATƏT PA çərçivəsində ortaq əməkdaşlıq platformasının vacibliyini bildirdi.Tahir Mirkişili mövzunun həyati əhəhmiyyət daşıdığını nəzərə alaraq ATƏT PA tərkibində kibertəhlükəsizlik üzrə ayrıca komitərinn yaradılmasının vacibliyini qeyed edərək bu ideyaya dəstək verəcəyini də bəyan etdi.

yap.org.az

Digər xəbərlər