Siyasət

  • 4 750

Asim Mollazadə: “Görüşün baş tutması həmsədrlərin istəyindən irəli gəlib”

image

“Zənnimcə Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə keçiriləcək görüşü tanışlıq xarakteri daşıyır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.Depuat XİN rəhbərlərinin görüşündən hansısa ciddi irəliləyiş gözləmədiyini dilə gətirib: “Fikrimcə, Ermənistanın yeni hakimiyyəti hələ nə etmək lazım olduğunu bilmir. Bu mənada düşünmürəm ki, sülh istiqamətində hansısa ciddi irəliləyiş olsun. Sadəcə olaraq görüşün baş tutması həmsədrlərin istəyindən irəli gəlib”.Bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə gəlincə millət vəkili bildirib ki, bu Ermənistanın daxili vəziyyətindən asılıdır: “Ermənistanda daxili vəziyyət hələ stabilləşməyib. Yaxın vaxtlarda işğalçı ölkədə seçkilər keçiriləcək. Bu mənada mən inanmıram ki, Ermənistan danışıqlar prosesinə hazırdır”.A.Mollazadə bu ilin avqustun 30-da baş tutacaq Azərbaycan və Rusiya prezidentlərinin görüşünə də münasibət bildirib: “Bu görüşdə əsasən ikitərəfli münasibətlər, Azərbaycan-Rusiya iqtisadi, enerji, nəqliyyat sahəsindəki əməkdaşlıq gündəmdə olacaq”.

sia.az

Digər xəbərlər