Siyasət

  • 4 044

Fond rəhbəri: "Yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar"

image

“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək divident qazanmaq, yaxud manipulyasiya etmək, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur. Çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür və siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasiyadan asılı olaraq, Şimal yaxud Cənuba istiqamətlənənlərin, sərbaz, yaxud kazak çəkməsi həsrəti yaşayanların illüziyalarının bu ölkəyə necə baha başa gəldiyi unudulur”. Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.Onun sözlərinə görə, kölgəsiz yaşaya bilməyənlər, əcnəbi əsgərin süngüsünü, diplomatın bəyanatını özü üçün ən yaxşı dayaq hesab edənlər yenə iş başındadır: “Azərbaycan tarixi ibrət götürməli epizodlarla o qədər zəngindir ki, yalnız əbləhlər bunu qulaqardına vura bilər. Bu əbləhlər Gəncəni yenə siyasi anarxiyanın episentrinə çevirməyə can atırlar. Amma unudurlar ki, anarxistlər, yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar. Gəncə elə vahid, bölünməz, ən başlıcası suveren Azərbaycan ideyasının rəmzlərindən biridir. Gəncəlilər də Azərbaycanın müstəqilliyinin ən sadiq, cəsur, mərd fədailərdir. Gəncə, gəncəlilər dövlət və dövlətçiliyin qorunması, kənar müdaxilələrə qarşı müqavimətdə ən möhkəm sipərdi. Heç şübhə etimirik ki, bu dəfə də onlar tarixi missiyalarına sadiq qalaraq dövlətçilik ənənələrinə necə bağlı olduqlarını hər kəsə sübut edəcəklər.Azərbaycan cəmiyyəti vaxtaşırı ölkədə sabitliyi pozmağa çalışanların, dövlətimizin asılı vəziyyətə düşməsini arzulayanların, dövləti yox, hakimiyyəti əsas görənlərin həmlələrinə layiqli cavab verib. İstər meydanlarda, istər KİV-də, istərsə də, daxili siyasi proseslərdə, hər zaman dövlətin, dövlətçilik maraqlarının yanında olub. Məhz bu cür yanaşma dəfələrlə kənardan Azərbaycana eksperimentlərin ixracının qarşısını almağa imkan verib. Bütün bu səylər bu xalqın müdrikliyinə məğlub olub. Şübhə etmirik ki, bu dəfə də siyasi şarlatanların aksiya, filan keçirilməsi çağırışları yalnız xalqın, gəncəlilərin ironiyası ilə cavablandırılacaq. Xalqımız bu cür insanlara hər zaman gülüb və onlara layiqli qiymətini verib. Yəqin ki, zəngin siyasi lətifə irsimiz özünəməxusus yumoru ilə seçilən gəncəlilərin yaradıcılığı sayəsində yeni “qəhrəmanlar”la zənginləşəcək”.

sia.az

Digər xəbərlər