Siyasət

  • 4 647

Elman Məmmədov: “Azərbaycanın səbri sonsuz deyil"

image

"Əgər Ermənistanın siyasi hakimiyyətində normal düşüncəli insanlar təmsil olunsa idi, təbii ki, onlar çoxdan Prezident İlham Əliyevin Ermənistana yönəlik mesajlarından, xəbədarlığından nəticə çıxarmalı idilər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səslənən fikirlərə münasibət bildirərkən deyib.“Artıq indi ermənilərin özləri sübut etməyə başlayıblar ki, Robert Koçaryan, Serj Sarkisyan kriminal aləmin adamları olublar. Yəni onlar hərbi canilər və cinayətkarlar olublar. Bu gün bunlar hamısı sübut olunur. Ermənistan hüquq-mühafizə orqanları onların hamısını məsuliyyətə cəlb edir. Hətta deyərdim ki, bugünkü siyasi hakimiyyətdə olanlar da heç onlardan geri qalmır. Hesab edirəm ki, artıq siyasi hakimiyyətə yox, erməni xalqı özü-özünə istinad edib nəticə çıxarmalıdır. Çünki onlar bundan da pis vəziyyətə düşəcəklər. Əgər onlar Azərbaycana qarşı olan bu işğalçılıq, düşmənçilik siyasətindən əl çəkməsələr daha böyük fəlakətlərlə üzləşəcəklər. Çünki Azərbaycanın səbri sonsuz deyil. Artıq Azərbaycan bunları sözlə yox, güc tətbiq etməklə başa salmağa məcbur olacaq”-deyə, millət vəkili fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər