“Ümumiyyətlə dövlətə qarşı təxribatçı əməllər heç zaman düzgün sayıla bilməz. Ölkədə baş verən hadisə də Azərbaycana qarşı törədilmiş bir təxribatdır. Bu mənada təxribatçılar çox ciddi cəzalandırılmalıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, Azərbaycan hüquqi bir dövlətdir: “Hər bir insan törətdiyi cinayətə görə cavab verməlidir. Həmçinin Gəncədə baş verən hadisə ilə bağlı təxribatçı məlumatlar yayan insanlara qarşı da ciddi tədbir görülməlidir. Ümumiyyətlə təxribatı təbliğ etmək olmaz əksinə onun qarşısı alınmalıdır. Biz demokratik və hüquqi dövlət qurmuşuq. Bizim ən böyük nemətimiz, doğrumuz da əldə olunmuş siyasi sabitlikdir. Sabitliyi pozmağa çalışan hər bir şəxsə qarşı ciddi tədbir görülməlidir”.Qeyd edək ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, qanuni asayişi kobud şəkildə pozmağa cəhd göstərməklə radikal-dini çağırışlar etməklə, ictimaiyyəti itaətsizliyə dəvət edərək, şəhər sakinlərini dövlət qanunlarını pozmağa yönəlik hərəkətlərə cəlb etməyə səy göstəriblər. Hadisə nəticəsində iki igid polisimiz Vətən uğrunda şəhid olub.
sia.az