Siyasət

  • 4 735

Akif Aşırlı: “Dövlət-xalq münasibətlərinə zərər vermək istəyən xarici qüvvələr var”

image

“Ümumiyyətlə, bu cür çağırışlar və təxribat hallarına qarşı cəmiyyətin ən fəal ziyalı kəsimi, media strukturları mənfi münasibətini bildirməli və buna qarşı təbliğat aparılmalıdır”. Bunu SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.Onun sözlərinə görə, cəmiyyətdə inamsızlıq yaradan, dövlət-xalq münasibətlərinə zərər vermək istəyən xarici qüvvələr var: “Son terror aktında biz bunu müşahidə etdik. Yəni həm Gəncənin icra başçısına qarşı yönələn terror aktı, həm də dünənki hadisələr onu göstərir ki, Azərbaycanın daxilində dövlətə qarşı inamsızlıq yaratmaq istəyən, vətəndaş itaətsizliyinə yönələn hərəkətləri dəstək verən həm daxildə, həm də xaricdə qüvvələr var və bu qüvvələrdə bəllidir. Bunlara qarşıda mübarizə aparmaq lazımdır. Bizim üçün ən önəmlisi Azərbaycanın sabitliyinin daim qorunub saxlanılmasıdır. Çünki sabitlik olmasa problemlər həll olmaz və inkişaf da olmaz. Birinci növbədə sabitliyi poza biləcək, amillərin aradan qaldırılmasına yönəlik hüquq mühafizə orqanlarının apardığı o tədbirlər ki, var, o tədbirlərlə yanaşı media strukturları, ziyalılar da hərəkətə keçməli və cəmiyyətdə sağlam ab-havanın yaranmasına çalışmalıdırlar. Təəssüf edirəm ki, sosial şəbəkələrdə arzuolunmaz bir səviyyədə həm təbliğat gedir, həm də müzakirələr açılıb. Bizim yeganə bir dövlətimiz var, müstəqil Azərbaycan dövləti. Bu dövlətində ətrafında hamı birləşməli və dövlətin təhlükəsizliyini təmin etməlidir və hamı bir vətəndaş kimi buna borcludur”.

sia.az

Digər xəbərlər