"Dünən Gəncədə baş vermiş provokativ, ölkədə sabitliyi pozmağa yönəlmiş cəhdlər onu göstərir ki, Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə əldə etdiyi uğurlar Ermənistan da daxil olmaqla, bəzi xarici dairələri ciddi sürətdə narahat edir”. SİA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, arxa cəbhədə xidmət edən polisə əl qaldırmaq ön cəbhədə xidmət göstərən əsgərlərə xəyanətdir: “Keçirdiyimiz hərbi parad Ermənistan və pis niyyətli xarici qüvvələri narahat edib. Bu hərəkətləri alqışlayan, dəstək verən başqa ölkələrdəki milli satqınlar xalqımız qarşında utanmalıdır. Bu cür hərəkətlərə əl atan şəxslər qarşılarında Azərbaycan xalqını görəcəklər. Gənclərimizi ayıq-sayıq olmağa çağırırıq”.
sia.az