Siyasət

  • 5 467

Hikmət Şikarov: “Sabitliyimizin əsasında xalq-iqtidar birliyi dayanır”

image

“Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi və iki nəfər polis zabitimizin şəhid olması bir daha göstərdi ki, bu hadisə qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş terror hadisəsidir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov baş verənlərə münasibətini bildirərkən deyib.Onun sözlərinə görə, törədilən hadisənin yalnız bir adı var: dünyanın sabitlik, təhlükəsizlik və əminamanlıq adası olan Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq. SİTAT: “Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, xidməti vəzifəsini yerinə yetirən şəxsləri qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Bu gün ölkəmizin yüksək templə inkişafı ve sabitliyi bəzi antiazərbaycan qüvvələrinin maraqlarına zidd gəldiyi üçün əllərindəki kuklaları ilə belə məkrli oyunlar oynayırlar”.Hikmət Şikarova görə, hadisələrin inkişafı da göstərdi ki, belə bir çirkin planı Azərbaycanda həyat keçirmək mümkün deyil: “Çünki bu ermənipərəst qüvvələr, öz maraqları naminə dövlətinə, xalqına xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyənlər, xaricdə sosial şəbəkələr vasitəsi ilə oturub burada qarışıqlıq yaratmaq istəyənlər, sapı özümüzdən olan baltalar anlamırlar ki, bizim ölkədə xalq-iqtidar birliyi var, heç bir qüvvə Azərbaycan dövlətini sarsıda bilməz. Bizim sabitliyimizin əsasında Azərbaycan xalqı və xalq iqtidar birliyi dayanır. Bizim düşmənlərimizi də narahat edən elə budur. Ona görə də ölkəmizdə vətəndaş müharibəsi yaratmaq istəyirlər. Lakin dünən bir daha sübut olundu ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn qəsdlərin qarşısının alınmasında, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir”.“Bu gün hər bir vətəndaşımızın başlıca istəyi odur ki, Azərbaycan polisinə qarşı bu cinayəti törətmiş şəxslər mütləq öz layiqli cəzasını alsın”-deyə qeyd edən YAP Pirallahı rayon təşkilatının sədri son olaraq onu da bildirib ki, Azərbaycan xalqı öz Prezidenti, cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, dövlətimizin maraqlarını qorumaq əzmindədir: “Bizlər, bu sarsılmaz birliyi qoruyub-inkişaf etdirməli, daxili və xarici düşmənlərimizin ayaq açıb-yerimələrinə imkan verməməliyik. Müstəqil və hüquqi dövlət olan Azərbaycan dövləti və iqtidarı bundan sonra da xalqın dəstəyinə arxalanaraq, demokratik ölkəmizi daha sürətli inkişafa, tərəqqiyə doğru aparacaq”.

sia.az

Digər xəbərlər