Siyasət

  • 4 118

Azərbaycanda sabitliyi pozmağa cəhd göstərilir

image

"Gəncə şəhərində baş verən son hadisələr onu gəstərir ki, Azərbaycanı istəməyən qüvvələr Azərbaycanın uğurları artdıqca öz məkirli niyyətlərini heç cürə gizlədə bilmirlər". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.Millət vəkili bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm Hərbi Parad dostlarımızı sevindirdi, düşmənlərimizi isə çox məyus etdi: "Xaricdə olan düşmənlərimiz ölkəmizdə olan əlaltıları vasitəsi ilə ölkəmizdə mövcud olan və dünya ölkələrinə belə nümunə göstərilə bilinən sabitliyi pozmaq, Azərbaycanda gərginlik yaratmaq məqsədi ilə əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı teror aktı təşkil etdilər. Sonra 10 iyul 2018-ci il tarixdə isə kriminal keçmişli, ekstrimist radikal təmayüllü bir qrup şəxs Gəncə şəhərində ictimai əsayişi pozaraq qeyri-qanuni aksiya keçirməyə cəhd göstərmişlər. Bu zaman 2 yüksək rütbəli polis zabiti şəhid olmmuşdur. Baş verən bu hadisələr Azərbaycan dövlətçiliyinə vurulan bir zərbədir. Azərbaycanın sürətli inkişafını, güclü bir dövlətə çevrildiyini görən düşmənlərimiz bütün vasitələrdən istifadə edərək Azərbaycanda mövcud olan stabilliyi pozmağa cəhd göstərirlər.Ancaq bu qüvvələr bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və bu dövlətin müvafiq güc strukturları belə təxribatların qarşısını qətiyyətlə aliblar və bundan sonra da belə olacaqdır. Düşünürəm ki, qısa müddət ərzində hüquq-mühafizə orqanlarımız dövlətçiliyimizə qarşı yönəlmiş bu təxribatın iştirakçıları, təşkilatçıları da daxil olmaqla bütün günahkarları müəyyənləşdirib ədalət məhkəməsinin qarşısına çıxaracaqlar".

sia.az

Digər xəbərlər