Siyasət

  • 9 791

Jalə Əliyeva: "Xalqın hadisələrə cavabı Prezidentin ətrafında birləşməsidir"

image

“Azəbaycan cəmiyyəti, ictimaiyyəti, xalqı çox yaxşı dərk edir ki, Gəncədə baş verənlər ölkəmizə qarşı düşünülmüş təxribat planının bir hissəsi idi ki, iflasa uğradı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.Deputat bildirib ki, baş verən hadisəni gətirib dini radikalizmə bağlamaq, din pərdəsi altında hansısa addımlara nail olmaq cəhdi onu deməyə əsas verir ki, Azərbaycanı sevməyən qüvvələr hələ də öz hədəflərindən dönməyiblər: “Çox təəssüf ki, ölkə xaricindən idarə olunan sapı özümüzdən olan baltalar bu günə qədər Azərbaycana qarşı tutduqları ikili standartlılıq mövqeyini davam etdirirlər”.J.Əliyeva söyləyib ki, bütün hadisələrə xalqın yekdil olaraq verdiyi cavab dövlətin, Prezidentin ətrafında birləşmələridir: “Bütün bunlar onu deməyə əsas verir ki, növbəti təxribatlar da fiaskoya uğradı. Azərbaycan xalqı asayişi pozmaq istəyən üzdəniraq qüvvələrə və onların törətmək istədikləri iğtişaşlara qarşı etirazını bildirirsə, bu o deməkdir ki, onların istəkləri xalqın iradəsi ilə baş tutmayıb, plan beşiyindəcə boğulub”.Deputat qeyd edib ki, ölkəmizdə artıq illərin sınağından keçən və qarantı Azərbaycan Prezidenti olan elə bir iqtidar-xalq birliyi qurulub ki, bu birlik mövcud olduğu müddətdə heç bir qüvvə öz arzusuna çatmayacaq: “Son Prezident seçkiləri bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycanda əldə olunan, bütün nailiyyətlərlə yanaşı, ən mühüm uğur xalq-iqtidar birliyinin olmasıdır. Nə qədər ki, xalq öz Prezidentinə, dövlətinə güvənir bizi istəməyənlər heç zaman istəklərinə nail ola bilməyəcəklər. Azərbaycan öz inkişaf yolundan, strategiya xəttindən heç zaman dönməyəcək. Son hadisələrlə bağlı narahatçılığımız böyük olsa da, eyni zamanda düşünürük ki, heç bir plan xalqımızı öz yolundan, inkişafından geri qoya bilməz”.

sia.az

Digər xəbərlər