Siyasət

  • 4 789

"14 iyul 1969-cu il - yüksəlişin başladığı illər"

image

Bu mövzuda Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında "14 iyul 1969-cu il yüksəlişin başladığı illər" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev açmışdır.Təşkilat sədri bildirib ki, 14 iyul 1969-cu ildə Azərbaycan Respublikasının rəhbərliyinə seçilmiş Ulu Öndər Heydər Əliyevin bilik və bacarığı, idarəetmə qabiliyyətinin yüksək olması iqtisadi cəhətdən geridə qalmış Azərbaycan Respublikasının dirçəlməsinə, inkişaf etməsinə, sənayenin və kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir: "Yüksək idarəçilik qabiliyyəti imkan vermişdir ki, Azərbaycan Respublikası müttəfiq respublikalar, içərisində qısa müddət ərzində, öncüllər sırasına çıxmışdır. Azərbaycanın kənd təsərrüfatı, sənayesi və dövlət quruculuğunun təməli o illərdən əsası qoyulmuşdur. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyət gələn Ulu Öndər Heydər Əliyev müstəqil dövlətin qurucusu və memarı olmuş, xalqının "Ulu Öndəri" səviyyəsinə yüksəlmişdir. Qurduğu müstəqil dövləti, onun inkişaf təməlini və gələcəyini, məhz Dahi Öndər Heydər Əliyev müəyyənləşdirmiş və idarəetmə sistemini yüksək səviyyədə təkmilləşdirərək, dövlətçiliyimizin etibarlı əllərlə idarə olunmasını təmin etmişdir".A.Balayev çıxışında bildirib ki, Ulu Öndərin tövsiyələri, müstəqil dövlətin idarə olunma təməli Onun varisi, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.Tədbirdə çıxış edən Balakən Gənclər və İdman İdarəsinin rəisi, rayon təşkilatının idarə heyətinin üzvü Rasim Paçalov müstəqil Azərbaycan dövlətinin quruculuğunda Heydər Əliyevin rolundan söz açmışdır. Onun rəhbərliyi ilə dövlətdə Gənclər Siyasətinin həyata keçirilməsi bu günümüzlə səslənən gündəlik qayğılarımıəzın təməlində dayanır.Tədbirdə çıxış edən rayon təşkilatının şura üzvü, rayon Ağsaqallar Şurasının sədri Rəşid Musayev Heydər Əliyevin müstəqil Azərbaycanın həyatında qoyduğu izlərdən, dövlətçiliyimizin qorunma tövsiyyələrindən geniş söhbət açmışdır.Gənc fəal Fuad Mikayılov çıxışında rayon gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün dövlətimizin diqqət və qayğısından geniş söhbət açmışdır.

sia.az

Digər xəbərlər