Siyasət

  • 5 060

"Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz"

image

“Gəncə hadisələri hər bir Azərbaycan insanı, dövlət və dövlətçiliyimiz üçün narahatçılıq doğuran məsələdir. Amma hər zaman olduğu kimi vətəndaşlarımız bu gün də əzmkarlıq nümayiş etdirib, baş verən prosesləri düzgün təhlil edir, dünyada gedən proseslərin Azərbaycana sirayət etməməsinə dair mübarizə aparır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.O bildirib ki, Gəncə Azərbaycanın tarixundə mühüm rol oynayan bir şəhərdir: "Şərəfli tarixi olan, düşmənə boyun əyməyən Gəncə adını daim qoruyan və xarici təcavüzkarlara qarşı mərdliklə döyüşən şəhər olub. Tarixə nəzər yetirsək görərik ki, Gəncə bütün varlığı ilə daim müstəqilliyi uğrunda mübarizə aparıb, qurbanlar, şəhidlər versə də, heç zaman qürurunu əyməyib. Vaxtilə Cavad xan ailəsi ilə birgə tikə-tikə doğransa da, düşmənə boyun əymədi. O özünü müstəqillik, başqasının bayrağının altına girməmək naminə ölümü itaətdən üstün tutdu. Gəncə Cavadxan kimilərin vətənidir. 1920-ci ildə Azərbaycan işğal olunduqda rus işğalına qarşı üsyan da məhz Gəncədə baş verib. O dövrdə 12 min insan qurban oldu. Bütün bunlar Azərbaycanın istiqalı naminə baş verdi. Bütün bunlara nəzərə salsaq görərik ki, Gəncə tarixən böyük sınaqlardan keçib. Bir neçə gün öncə baş verənlər də bu sınaqlardan biri idi. Azərbaycanın uğuruna kölgə salmaq istəyənlər tərəfindən iğtişaş yaratmaq cəhdinə qarşı həmvətənlərimiz öz mübarizə əzmini nümayiş etdirdilər”.Hadisələr nəticəsində iki polis əməkdaşının qətlə yetirildiyini kədər hissi ilə anan deputat söyləyib ki, bu hadisələri törədənlər tezliklə cəzalarını alacaqlar: “Azərbaycanda sabitliyi heç bir qüvvə poza bilməz. Çünki, dövlətimiz bu sabitliyi əldə etmək üçün çox böyük sınaqlardan keçib. Xalqımız müstəqil Azərbaycanda mövcud olan bu dəyərlərin qorunması naminə o qədər güclü birləşib ki, bu birliyi heç bir vəchlə ayırmaq mümkün deyil”.

sia.az

Digər xəbərlər