Siyasət

  • 5 050

Tahir Kərimli: “Həmin ünsürlərin xaricdəki terrorist qruplardan heç bir fərqi yoxdur ”

image

“Vəhdət partiyasının sədri və millət vəkili olaraq, bu hadisəni qəti şəkildə pisləyirəm”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.Onun sözlərinə görə, partiyamız və özümüz birmənalı şəkildə dövlətimizin, Prezidentimizin yanındayıq: “Azərbaycanda möhtəşəm şəkildə Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə respublikamızda və xarici ölkələrdə tədbirlər təşkil olundu və Bakıda hərbi parad keçirildi. Ordumuz uğurlu hərbi əməliyyatlar həyata keçirməklə Cocuq Mərcanlıdan sonra 11 min hektar ərazini, o cümlədən Şərur rayonundakı Günnüt kəndini yağı düşməndən azad etdi. Bütün bu uğurlarımız bizi istəməyən yerli və xarici qüvvələri ciddi narahat edir. Həmin məkrli qüvvələrin gözü götürmür ki, Azərbaycan bu cür güclü qüdrətə, sabitliyə malikdir, insanlar xoşbəxt və firavan həyat yaşayır. Pozucu aktlarla Azərbaycanı daxildən sarsıtmaq istəyirlər. Azərbaycanda sabitlik Azərbaycan xalqını ən böyük sərvətidir. Hər zaman dövlətimiz dindarlarımızın yanında olub. Lakin radikal dindarlar diqqət və qayğıdan xaricdən verilən tapşırıqlara uyğun olaraq öz məkrli maraqları üçün istifadə eyməyə çalışırlar. Həmin ünsürlərin xaricdəki terrorist qruplardan heç bir fərqi yoxdur. Hər kəs bilir ki, polis Azərbaycan gerbini daşıyır və Azərbaycan dövlətinin simvoludur. Yəni o gerb Azərbaycan polisinin üstündə gəzir. Polisə qarşı əl qaldırmaq vəhşilikdir. Görün bəzi insanları öz tərəflərinə çəkib, cinayət əməlləri törətməyə məcbur edənlər var. Bir sözlə, Azərbaycanın bütün siyasi partiyalarına, QHT-lərə, KİV-lərə və aktiv insanlarına müraciət edərək bildirmək istəyirik ki, dövlətimizin yanında olsunlar, təxribatlara uymasınlar. Başa düşsünlər ki, Azərbaycan dövləti istənilən təxribatın qarşısını almağa qadirdir. Belə halların baş verməsi düşməni sevindirir, dostu narahat edir. Bu baxımdan da, hamını ayıq-sayıq olmağa və belə halları qətiyyətlə pisləməyi, dövlətimizin yanında olmağa çağırıram”.

sia.az

Digər xəbərlər