Siyasət

  • 4 157

“Vətəndaşlarımız dövlətimizə dəstək verir, onun güclənməsinə çalışır" ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Prezidenti İlham Əliyev hər zaman əhalinin sosial cəhətdən aşağı imkanlara malik olan təbəqələrinə xüsusi diqqət yetirir və bu istiqamətdə çoxsaylı qərarlar qəbul edilir, eləcə də addımlar atılır. Bu baxımdan ilk dəfə deyil ki, dövlət başçısı müharibə veteranlarına, əlillərə xüsusi qayğı ilə yanaşdığını nümayiş etdirir. Azərbaycanın sosial dövlət olduğunu və sosial ədalət prinsiplərindən çıxış etdiyini cənab Prezident dəfələrlə bəyan edib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, bu gün də aparılan siyasət, qəbul edilən qərarlar bu bəyanatın Azərbaycan dövlətinin öz vətəndaşlarına olan münasibətinin təsdiqidir və bariz nümunəsidir: “Bildiyiniz kimi artıq uzun illərdir ki, təkcə maliyyə vəsaiti ilə deyil, eyni zamanda əlil şəxslərə olan xüsusi qayğı ilə onların sağlamlığının bərpası ilə bağlı qərarlar qəbul edilir və addımlar atılır. Heydər Əliyev Fondunun da bu istiqamətdə atdığı kifayət qədər ciddi addımlar var. Bu addımları yalnız təqdir etmək, dəstəkləmək olar. Düşünürəm ki, Azərbaycan vətəndaşları da məhz dövlətin onlara yanaşmasından kifayət qədər məmnundurlar və bu münasibət vətəndaşlarımızın Azərbaycan dövlətinin sosial mahiyyətinə olan inamını, etimadını daha da artırıb. Bu münasibət qarşılıqlıdır. Hər zaman olduğu kimi vətəndaşlarımız dövlətimizə dəstək verir, onun güclənməsinə çalışır. Bizim gücümüz Azərbaycan dövləti və güclü vətəndaş, eləcə də vətəndaşın imkanlarının daha da genişlənməsi deməkdir. Sosial siyasətin mahiyyəti təkcə bu sərhədlərdə bitmir. Eyni zamanda onların işlə təmin olunması, öz iş yerlərinin yaradılması istiqamətində də ciddi addımlar atılır.Bu istiqamətdə “ASAN Xidmət”in nəzdində fəaliyyət göstərən qurumların da bildiyiniz kimi xüsusi rolu var. Bu aspektdən Azərbaycanın əlilliyi olan vətəndaşları da artıq iş həyatına atılır və özlərini cəmiyyətdə təşviq etməyə çalışırlar. Bütün bunlar çox mühüm addımlardır. Çünki sağlamlığında problem olan insanların özlərini cəmiyyətə təqdim etməsi, öz ayaqları üstündə dayanması təkcə sosial aspektdən mühüm hadisə deyil, eləcə də çox önəmli humanizm mahiyyəti daşıyan bir faktordur. Bu baxımdan düşünürəm ki, bu siyasət konseptual bir siyasətdir və məqsədyönlü şəkildə ən müxtəlif istiqamətlərdə həyata keçirilir”.

sia.az

Digər xəbərlər