Siyasət

  • 3 059

MM-in deputatı: İşğalçı Ermənistanda vəziyyət gərginliyin daha da artmasına doğru gedir

image

«İşğalçı Ermənistanda vəziyyət gərginliyin daha da artmasına doğru gedir». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.F.Qasımova bildirib ki, Nikol Paşinyanın “Qarabağ klnanı”na qarşı addımları bu cinayətkar qruplaşmanın havadarlarını da narahat edir. Onun sözlərinə göroə, Robert Koçaryanın həbsi, hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik edən Manvel Xaçaturyana cinayət işinin açılması vəziyyəti gərginləşdirir.«Həbs olunanlar cinayətkarlardır. Onlar xüsusilə işğal prosesində aparıcı rol oynayıblar. Həm də erməni xalqına qarşı cinayətlər törədiblər. Bütün bunlarla yanaşı Ermənistanın yeni hakimiyyəti öz ölkəsinin gələcəyini düşünürsə, ilk növbədə işğalçılıq siyasətinə son qoymalıdır. Bundan sonra bu ölkənin hansısa perspektivindən söhbət açmaq mümkündür»-deyə, deputat qeyd edib.

yap.org.az

Digər xəbərlər