Siyasət

  • 4 495

Eldar İbrahimov: “Torpağın biçindən sonra yandırılması qəti qadağandır" ÖZƏL-ŞƏRH

image

“Ümumiyyətlə. əkin sahələrində məhsul toplandıqdan sonra tarlalarda qalıqların yandırılnası praktikası geniş yayılıb. Yay ayında istilərlə əlaqədar bu hal ciddi fəsadlar törədir, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə, meşə təsərrüfatlarında və s. yanğınlara səbəb olur. Hesab edirəm ki, bu halın qarşısını almaq üçün geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.Onun sözlərinə görə, bu yaxınlarda Milli Məclisdə “Torpaq haqqında Məcəlləyə” dəyişiklik olundu: “Taxıl sahələrinin biçindən sonra yandırılması qəti surətdə qadağandır. Nə üçün? Çünki torpağın münbit qatı yandıqda gələcəkdə məhsul vermir. Torpaqları münbirləşdirmək üçün gübrlər, fosfor, azot verilir. Bütün bunlar torpaqların qidalandırılmasına hesablanıb. Ümumiyyətlə, torpağı yandırılması qəti şəkildə düzgün deyil. Burada başqa məsələlərdə var. Məsələn, torpaq yandırıldıqda o başqa sahələrə keçir və nəticədə böyük yanğınlara səbəb olur. Bütün bunlar aqro-texniki qaydalara uygün deyil. Hətta buna qarşı böyük cərimələr də nəzərdə tutulub. Bildiyiniz kimi İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərə 500 manat, hüquqi şəxslərə isə 1000-1500 manat cərimələr nəzərdə tutulub. Hətta bəziləri bilməyərəkdən torpağı yandırır. Maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Onsuz da torpaq şumlananda samanın özü çürüyür və o torpağa əlavə bir qida verir”.

sia.az

Digər xəbərlər