Siyasət

  • 3 008

“Prezidentin siyasətində sosial qayğıya ehtiyacı olanlar xüsusi yer tutur” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili siyasətin mühüm istiqamətlərindən biri sosial sahə, xüsusən müharibə əlilləri, şəhid ailələrinə olan qayğıdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.Deputatın sözlərinə görə, son illərdə ölkəmizdə bu sahədə böyük işlər görülüb: “Müharibə əlillərinə, şəhid ailələrinə və digərlərinə dövlət vəsaiti hesabına mənzillər tikilib verilib, avtomobillərin açarları təqdim edilib. Bu baxımdan yaxın günlərdə Qaradağ rayonu ərazisində tikilən bina və avtombillərin açarlarının verilməsini hamı xatırlayır. Növbəti addımlardan biri kimi həmin məqsədlə 20 milyon manat vəsaitin ayrılması bir daha təsdiq edir ki, cənab Prezidentimizin siyasətində sosial qayğıya ehtiyacı olanların tələbatının ödənilməsi xüsusi yer tutur”.

sia.az

Digər xəbərlər