Siyasət

  • 5 528

“İlin bütün fəsilləri müxalifət üçün istirahətdir, o cümlədən də yay fəsli” İTTİHAM

image

“Radikal müxalifətin yay fəslində gözdən itməsi və görünməməsi artıq ənənə şəklini alıb. Ümumiyyətlə, dağıdıcı müxalifət partiyalarının normal inkişaf edə bilməməsi, və cəmiyyətdəki, ictimai-siyasi proseslərə təsir edə bilməməsinin səbəblərinin məhz həmin liderlər ilə əlaqələndirmək lazımdır”. Bu fkirləri SİA-ya “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bu partiyalar da həmin liderlərin şəxsi maraqları üzərində qurulub: “Demək olar ki, adı çəkilən partiyalar ancaq bir şəxsin iradəsindən asılıdır. Ona görə də, bu kimi partiyalar normal bir partiyaya çevrilərək fəaliyyət göstərə bilmirlər. Bunun da əsas səbəbi, uzun illərdir ki, onların başında oturan öz şəxsi maraqlarını güdən liderlərlə bağlıdır.Mais Səfərli öz açıqlamasında onu da bildirib ki, radikal müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur: “Artıq uzun illərdir ki, adıçəkilən siyasi qüvvələr müxalifətdə təmsil olunurlar. Dağıdıcı müxalifət ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəliblər. Bu da onun sübutudur ki, radikal müxalifət partiyaları və onların liderləri cəmiyyətdə heç bir nüfuza malik deyillər və elektoratları yoxdur. Bir sözlə, onların ətrafında çox məhdud sayda insanlar var ki, bu da onların yaxınları, qohumları və dostlarıdır”.Partiya sədri digər maraqlı məqama da toxunub. Onun sözlərinə görə, ənənəvi düşərgə yalnız yay fəslində deyil, bütün fəsillərdə fəaliyyətsiz görünürlər: “Elə əslində radikal müxalifət ilin bütün fəsillərində istirahət edir. Yəni ilin bütün fəsilləri müxalifət üçün istirahətdir, o cümlədən də yay fəsli. Ümumiyyətlə, müxalifət hər zaman nə isə bir hadisə axtarır ki, gündəmə gələ bilsin. Bunun üçün də dağıdıcı müxalifət gündəmdə qalmaqdan ötrü reallığı özündə əks etdirməyən məsələlər ilə məşğul olur. Qısası, radikal müxalifət ictimaiyyətin diqqətini cəlb etmək üçün hər varianta əl atır. Bu da birmənalı şəkildə müxalifət təmsilçilərinin bu cür yersiz hərəkətləri xalq tərəfindən pis qarşılanır və daha da xalqın gözündən düşürlər”.M.Səfərlinin sözlərinə görə, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ortaya konkret ideya qoya da bilmirlər: “Onların ortaya nə isə ideya qoya bilməməklərinin səbəbi odur ki, bu partiyaların əksəriyyəti hansısa ideologiya əsasında formalaşan siyasi təşkilatlar deyil. Yəni həmin partiyalar ayrı-ayrı şəxslər ətrafında formalaşaraq fəaliyyət göstərirlər. Belə olan halda da, sözügedən partiyaların iş fəaliyyəti də həmin şəxslərin şəxsi maraqlarına yönəlir. Məhz bu partiyaların ölkədə keçirilən seçkiləri uduzmasının və onları dəstəkləyən mühitin daralması səbəblərini özlərində axtarmaq lazımdır”.M.Səfərli son olaraq onu da bildirib ki, radikal müxalifətin partiya sədrləri öz səhvlərini, məhz öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar.

sia.az

Digər xəbərlər