Siyasət

  • 4 747

Aydın Mirzəzadə: “Ermənistanda yeni bir proses yaşanır" ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə bu gün Ermənistanda yeni bir proses yaşanır. Erməni elitasının bir hissəsi 20 il ərzində ona fəsadlar yaşatmış xunta üzvlərini məhkəməyə cəlb edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, həm Robert Köçaryan, həm də Serj Sarkisyan Azərbaycan xalqı ilə yanaşı, erməni xalqına da böyük ağırlar yaşadıb: “Ermənistan inkişafdan qalıb, dövlət səviyyəsində cinayətlər törədilib, hakimiyyət zorla qəsb edilib, ölkədə hərbi polis rejimi fəaliyyət göstərib və s. Yəni bu baxımdan Ermənistan bu gün o 20 illik fəaliyyətinə qiymət verir. Əlbəttə ki, bu qiyməti ədalət gözü ilə obyektiv adlandırmaq olar. Ancaq bu cinayətlərdən nəticə çıxarıb özünün indiki elitanın o cinayətləri edib-etməyəcəyi sual altındadır. Hələ ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərindəki apardığı siyasət Köçaryanın və Sarkisyanın siyasətindən qətiyyən fərqlənmir. Eyni ritorika, çağırışlar nəticəsində belə bir təsəvvür yaranır ki, sadəcə olaraq bir xunta digər xunta ilə əvəz edilməyə başlayır.Düzdür, Paşinyan hələ Qarabağ məsələsi ilə bağlı Azərbaycanla əlaqədə olmayıb və dövlət rəhbərlərinin görüşü keçirilməyib. Bu baxımdan onu hansı addımlar atacağı bilinmir. Ancaq gündəlik olaraq cəbhə xəttində provokasiyaların edilməsi, Paşinyanın oğlunu işğal etdiyi Azərbaycan torpaqlarına hərbi qulluğa göndərməsinin özü hələ ki, Paşinyanın Qarabağ siyasətini dəyişəcəyinə çox az ümid verir. Bununla belə əgər yeni hakimiyyət ölkə içində olduğu kimi qonşu ölkələrlə münasibətdə də dəyişiklik etməsə onda Köçaryan və Sarkisyanın başına gələn tale onun da başına gələcək. Çünki heç bir halda başqa xalq üçün cinayətlər törədən insan öz xalqını xoşbəxt edə bilməz”.

sia.az

Digər xəbərlər