Siyasət

  • 4 267

Qabil Hüseynli: “Paşinyan dialoq mədəniyyətinə yiyələnməlidir” ÖZƏL-MÜNASİBƏT

image

“Ümumiyyətlə, Ermənistanda gedən proseslər işğalçı ölkənin cəmiyyətində hədsiz dərəcədə ziddiyyətlərin olduğunu göstərir. Bu cəmiyyəti isə normal səviyyəyə qaldırmaq mümkün deyil”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, əgər bu cəmiyyət qonşu dövlətlərlə işğal ideyası ilə oturub-durursa və onun ideoloji əsasını anti-bəşər kampaniyasına sövq edirsə onların təmizlənməsi prosesi xeyli çətin olar: “Mən buna inanmıram. Ermənistanda proseslər əvvəlki məcrada davam edəcək. Çünki bu erməni xalqının xislətindən xəbər verir.Ermənistanın baş naziri Nikol Paşinyan dialoq mədəniyyətinə yiyələnməlidir. Onun kobud, yöndəmsiz və radikal ritorikaları Ermənistanın quyusunu daha dərindən qazmaqdan başqa, heç nəyə xidmət etmir. Qəribədir ki, erməni xalqı qəflət yuxusundan ayılmaq istəmir. Bununla, o da özünü, bütövlükdə fəlakətə sürükləyir. Ancaq misal var - "özü yıxılan, ağlamaz!".

sia.az

Digər xəbərlər