Siyasət

  • 2 928

Millət vəkili: “Ermənistan bundan da betər günə düşəcək" ÖZƏL-MÖVQE

image

“Əgər Ermənistanın baş naziri Nikol Paşinyan düzgün fikirləşib özündən əvvəlki rəhbərlərin səhvlərindən nəticə çıxara bilsə və düzgün qərar qəbul edə bilsə təbii ki, vəziyyətdən çıxa biləcək. Bu zaman Ermənistan böhran vəziyyətindən çıxa bilər”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Bəs Nikol Paşinyanın düzgün qərarı nədən ibarət ola bilər? Onun düzgün qərarı Azərbaycan və Türkiyəyə qarşı olan düşmənçilik, işğalçılıq, torpaq iddiası siyasətindən əl çəkməlidir. Düzgün qərar bundan ibarətdir. Ayrı bir düzgün qərar yoxdur. Əgər o bunu edə bilsə, ağlı yerində olsa, ədalətlə, ayıq-başla fikirləşib bu qərarı verə bilsə onun siyasi hakimiyyəti Ermənistana uğur gətirə bilər. Beləcə Ermənistan düşdüyü bu fəlakətdən, böhran vəziyyətindən çıxa bilər. Əks təqdirdə bu özündən əvvəl baş verənlərdən düzgün nəticə çıxara bilməsə, özündən əvvəlki siyasətçilərin səhvlərini təkrar etsə və ədalətli qərar verə bilməsə Ermənistan bundan da betər günə düşəcək. Hələ ki gedişat onu göstərir ki, Paşinyan da elə küçə dalğası üzərində hərəkət edir, cürbəcür sərsəm bəyanatlar verməklə özünün və ətrafındakıların övladlarını guya nümunə kimi Qarabağa hərbi xidmətə göndərməklə görünür ki, özündən əvvəlkilərdən də betər olacaq. Buna görə də erməni xalqı artıq səslənməyə başlayır. İndi Paşinyan, onun ətrafındakılar və Paşinyana xaricdən təlimat verənlər bu deyilənlərdən nəticə çıxarmağı bacarmalıdırlar. Əgər bacarmasalar onların taleyi əvvəlkilərin taleyi kimi olacaq”-deyə, E.Məmmədov fikirlərini tamamlayıb.

sia.az

Digər xəbərlər