Siyasət

  • 2 788

Politoloq: "Rusiyanın MDB siyasəti mürəkkəbləşdirilə bilər” ŞƏRH

image

“Qazaxıstan ilə münasibətləri Rusiyanın MDB siyasətini mürəkkəbləşdirə bilər”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, Qazaxıstanın Rusiya ilə münasibətləri barədə yayılan məlumatların kontent analizi bu münasibətlərin pisləşmə istiqamətində olduğunu göstərir: “Region dövlətlərinin neft bazarlarına çıxması Rusiya mətbuatı tərəfindən Qazaxıstanın Rusiyanı regiondan çıxarması kimi təfsir olundu. RF mətbuatı (“V.Solovyovla axşam” tok-şousu) Qazaxıstanın Xəzər dənizində ABŞ hərbi bazalarının yerləşdirməsini fakt kimi təqdim etdi. Qazaxıstan XİN bunu təkzib etdi.İş təkcə mətbuatda deyil. Hər iki ölkənin Xarici İşlər Nazirlərinin bir-biri ilə əlaqəli yaydığı məlumatlarda, bəyanatlarda istifadə etdiyi terminlər də neqativ kəsərlidir: “Qazaxıstan üçün Rusiya ilə əlaqələrin kəsilməsi qeyri-məqbul, məntiqsiz və əks məhsuldardır”. Qazaxıstan XİN-i iki ölkə arasında XXI əsrdə əbədi dostluq bəyannaməsinin 20 illiyi ilə əlaqədar Xİ naziri Q.Abdırahmanov RF mətbuatına verdiyi müsahibədə yer alan bu fikri RF Xİ naziri S.Lavrovun həmin münasibətlə bildirdiyi “indiki sadə olmayan beynəlxalq şəraitdə balanslıq və hər iki tərəfin maraqlarını nəzərə ala bilən qərar tapa bilirik” fikrinə müvafiqdir.RF Qazaxıstan kömürünün Rusiya portlarından daşınmasına prioritetlik verilməsi ilə bağlı müqavilənin imzalanmasını təxirə saldı. Bütün bunlarla yanaşı hələki müsbət kimi dəyərləndirilən proseslər də davam edir. RF Ukraynanın 22 məhsulunun öz ərazisi vasitəsilə Qazaxıstana tranzitinə icazə verdi.Sarı Şaqan poliqonunda RF hərbçiləri ən müasir raketlərini sınaqdan keçirdi.Prezident N.Nazarbayev paytaxt Astanada 4-cü pravoslav kilsəsinin tikilməsini tapşırdı.RF prezidenti V.Putin iki dəfə N.Nazarbayevə zəng edərək onu ad günü və Astana şəhərinin 20 illiyi münasibətilə təbrik etdi. V.Putin N.Nazarbayevin beynəlxalq reytinqinin yüksək olmasını xüsusi qeyd etdi.N.Nazarbayev ömürlük olaraq Təhlükəsizlik Şurasına rəhbərlik etməklə prezident olacaq şəxsi də idarə etmək fikrindədir”.

sia.az

Digər xəbərlər