Siyasət

  • 3 796

Elxan Şahinoğlu: “Ordumuz nizamlıdır və nizamlı komandanlığı var" ÖZƏL-MÜNASİBƏT

image

““Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində “Artilleriya atəşinin ustaları-2018” müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan hərbçiləri növbəti dəfə uğur qazanaraq müsabiqənin finalına yüksəlib. Hərbçilərimizin bu uğuru düşmən Ermənistan üçün də bir mesaj, bir xəbərdarlıqdır”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.Onun sözlərinə görə, Azərbaycan Ordusunun cəbhədə təlimlər zamanı bu cür uğurları Ermənistana ciddi mesajdır: “Bu gün Azərbaycan Ordusu 20-25 il ərzində xeyli güclənib. Ordumuz nizamlıdır və nizamlı Komandanlığı var. Azərbaycan Silahlı Qüvvələri müasir texnikaya malikdir. Bütün bu faktorlar Ordumuzun gücündən, qüdrətindən xəbər verir. Azərbaycan Ordusunun müxtəlif təlimlərdə iştirakı (NATO təlimləri daxil) düşmənə ciddi mesajdır. Əgər torpaqlarımız yaxın müddətdə boşaldılmasa, Azərbaycan bu uğurunu Qarabağ istiqamətində də davam etdirməyə hazırdır”.

sia.az

Digər xəbərlər