Siyasət

  • 2 917

Umud Rəhimoğlu: "Ermənistanda yalnış ideologiya hökm sürür" ÖZƏL-MÖVQE

image

“Ümumiyyətlə, Ermənistan uzun illərdir siyasətində yalnış addımlar atır. Bu mənada mən düşünmürəm ki, işğalçı ölkə öz siyasətində hansısa dəyişiklik etsin. Ermənistanda siyasi hakimiyyətə gələn qüvvələr təbii ki, özünün oppenentləri ilə mübarizə aparırlar və daxili çəkişmə mövcuddur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.“Burada “Qarabağ klanı” və bugünkü hakimiyyətin görünən tərəfləri belə deməyə əsas verir ki, bu çəkişmələr hələ uzun müddət davam edəcək. Daşnaksütyun Partiyasının və erməni lobbisinin təsir dairəsi Ermənistanda böyükdür. Ona görə də işğalçı ölkənin siyasətində hansısa dəyişikliklərdən söhbət gedə bilməz. Sərsəm bəyanatlar, çağırışlar yenə də bu ölkədə əsas yer tutur. Artıq erməni xalqı etiraz etməyə başlayıb. Ermənistanda insanlar artıq başa düşürlər ki, ölkədə yalnış ideologiya hökm sürür. Qonşulara təcavüz etmək ideologiyası Ermənistanı uğurlu sabaha aparmır əksinə onun bir dövlət kimi gələcəyini sual altında qoyur”-deyə, BAMF-nın sədri fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər