Siyasət

  • 4 025

Petrosyan-Koçaryan-Sarkisyan üçlüyü Ermənistanı talan edib: Ölkədən 30 milyard dollar çıxarılıb - FAKT

image

Ermənistandan qeyri-qanunu şəkildə 30 milyard dollara yaxın vəsait çıxarılıb. Bu, Ermənistanın hərbi büdcəsinin 60 dəfəsini, Rusiyanın isə bütün hərbi büdcəsini təşkil edir. SİA bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.1994-cü ildən 2012-ci ilə qədər Ermənistandan 17 milyard dollar, daha 10 milyard dollar isə 2012-2018-ci illərdə çıxarılıb. ABŞ-ın Global Financial Integrity təşkilatının hesabatına görə, 2004-2013-cü illərdə Ermənistandan hər il təxminən 983 milyon dollar qanunsuz yolla çıxarılıb və bu rəqəm ildən-ilə artıb.Əgər 2004-cü ildə ölkədən 404 milyon çıxarılmışdısa, bu rəqəm 2013-cü ildə 4 dəfə artaraq 1 milyard 848 milyon dollara çatıb. Bütövlükdə 10 il müddətində Ermənistandan 9.8 milyard dollar qeyri-qanunu şəkildə vəsait çıxarılıb. Pullar təkcə Ermənistandan deyil, eyni zamanda Dağlıq Qarabağdan çıxarılıb. İqtisad elmləri namizədi Aleksey Baliyev iddia edir ki, 30-dan çox erməni şirkəti Dağlıq Qarabağdan qızıl və digər resurslar əldə edir. 2001-ci ildə bu bölgədə fəaliyyətə başlayan Ermənistanın qızıl mədən şirkətlərindən biri (FDM) 16 tondan çox qızıl hasil edib, təkcə 2008-ci ildə 4 tondan çox qızıl əldə edib.Qeyd edək ki, təkcə bir şirkət tərəfindən Dağlıq Qarabağda 16 ton qızıl əldə edilib. Hansı ki, bu cür şirkətlərin sayı 30-dur. Bu qızılların böyük hissəsi "kassadan kənar” çıxaraq yaramazların ciblərini doldurmaqla yanaşı, xarici banklarda gizlədilib. Şübhə edənlər tez-tez soruşur: “Ermənistanda sənaye qurmaq, iş yerləri yaratmaq və dünyaya səpələnən milyonlarla ermənini vətəninə geri qaytarmaq üçün pulu haradan əldə edəcək?".Yuxarıdakıları nəzərə alsaq cavab çox sadədədir: “Ermənistanın kifayət qədər pulu var. Sadəcə xalqın pulları yaramazlar tərəfindən yeyilərək, 30 milyard dollara yaxın vəsait ciblərə dolur”.

sia.az

Digər xəbərlər