Siyasət

  • 4 133

Bəhruz Quliyev: “Azərbaycan regionun təhlükəsizliyi naminə bütün əməkdaşlıqlara böyük önəm verir, eləcə də öz müstəqil siyasətini davam etdirir” ŞƏRH-ÖZƏL

image

“Azərbaycan müstəqil və balanslı siyasət aparır və bu amil özünü həm regional, həm də beynəlxalq cəhətdən sübut etməkdədir”. Bu fikirləri SİA-ya siyasi ekspert Bəhruz Quliyev ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyasına baxmayaraq, Azərbaycanın bu sanksiyaya qoşulmamasına, eləcə də həmin sanksiyanın Xəzərdəki “Şahdəniz-2” yatağında BP şirkəti ilə birlikdə hasilat həyata keçirən İranın NİOC şirkətinə şamil olunmamasına münasibətini bildirərkən deyib.Ekspertin sözlərinə görə, bu kimi məsələdə ABŞ prezidenti Donald Trampın Azərbaycanı diqqətə alması, eyni zamanda, “Şahdəniz-2” yatağında BP şirkəti ilə birgə fəaliyyət göstərən İran şirkətini istisna hal olaraq qiymətləndirməsi ilk növbədə ABŞ-ın Azərbaycana qarşı olan yüksək tərəfdaşlığına, strateji əməkdaşlığına verdiyi qiymət kimi dəyərləndirmək mümkündür: “Hətta Azərbaycanın sanksiyalara qoşulmaması belə, bu cür istisna faktorunu ortaya qoyursa, Trampın qərarını yalnız təqdir etmək olar. Hesab edirəm ki, ABŞ Azərbaycanın regiondakı iqtisadi, siyasi gücünə, potensialına qiymət verərək, ölkəmizlə olan münasibətlərini daha da təkmilləşdirmək, iki ölkə arasında olan etibarlı tərəfdaşlıq, həmçinin strateji əməkdaşlığı artırmaq arzusundadır”.Bəhruz Quliyev bildirib ki, Azərbaycanın qonşu İranla da iqtisadi-siyasi əlaqələri uzun illərə söykənir və bu əlaqələr regiona öz töhfələrini verməkdədir: “Düşünürəm ki, qonşu İran da Azərbaycanın sanksiyalara qoşulmaması qərarını alqışlayır və Azərbaycanın bu addımı yüksək qiymətləndirilir”.“Ümumiyyətlə, Azərbaycanın Avropada və dünyada enerji təhlükəsizliyi baxımından yüksək mövqeyə sahib olması həm də ölkə başçısı, cənab İlham Əliyevin yürütdüyü balanslaşdırılmış iqtisadi siyasətinin məntiqi nəticəsidir”, - deyə qeyd edən Bəhruz Quliyev buna misal olaraq, Cənub-Qaz dəhlizi layihəsini, eyni zamanda digər mühüm layihələri göstərib və vurğulayıb ki, Azərbaycanın bu siyasəti çox yaxın zamanlarda həm ölkəmizə, həm də dünya iqtisadiyyatına öz böyük töhfələrini verməklə yanaşı, həmçinin, Avropanın enerji təhlükəsizliyinə ölkəmizin bir töhfəsidir: “Qeyd etdiyim bütün faktlar təsdiq edir ki, Azərbaycan regionun təhlükəsizliyi naminə bütün əməkdaşlıqlara böyük önəm verir, eləcə də öz müstəqil siyasətini davam etdirir”.

sia.az

Digər xəbərlər