Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Həsənov Koreya Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cun ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini Əli Həsənov Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Hen Cun ilə partiyanın mənzil-qərargahında görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılmışdır.
Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Koreya Əmək Partiyası arasında əlaqələrin yaradılması və inkişaf perspektivlərindən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, partiyalar arasında münasibətlər eyni zamanda xalqlar və ölkələrimiz arasında da əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəkdir.
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, MM-in deputatı Sevinc Fətəliyeva görüşdə iştirak etmişdir.

yap.org.az