"Gənclər bu günümüz, sabahımız, ümidimiz" adlı bayram tədbiri

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı tərəfindən 12 avqust Beynəlxalq Gənclər günü ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, "Gənclər bu günümüz, sabahımız, ümidimiz" adlı bayram tədbirində YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, icra başçısının müavinləri Rəşad Hacıyev, Etibar Yolçuyev və Afət Həsənova, millət vəkilləri Ağacan Abıyev, Sevinc Fətəliyeva gənclər, media nümayəndələri iştirak ediblər.Tədbirdən öncə gənclər Suraxanı rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub, daha sonra Mərkəzin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.Tədbir bədii hissə ilə davam edib.Bədii hissədə çıxış edən YAP Suraxanı Rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, dünyada 3 milyarda yaxın gənc var. O bildirib ki, Azərbaycanda da əhalinin 28 faizindən çoxunu gənclər təşkil edir: "Tək Suraxanı rayonunda 68 mindən çox gənc yaşayır və fəaliyyət göstərir. Partiyamızın ətrafında 280 mindən çox gənc toplaşaraq ölkəmizin inkişafı naminə mühüm fəaliyyət göstərirlər".Ölkəmizdə aparılan gənclər siyasətindən söz açan təşkilat sədri söyləyib ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin gənclərə göstərilən diqqəti nəticəsində Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradıldığını, 2 fevral tarixinin Gənclər günü kimi təsis edildiyini deyən V.Seyidov söyləyib ki, 2003-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalan Prezident İlham Əliyev bir sıra Dövlət Proqramlarını qəbul edərək, ölkəmizdə Gənclər evləri, idman olimpiya komplekslərinin tikilməsinə başlanıb, müxtəlif tədbirlər planı həyata keçirilib."Gənclər hər birimizin gələcəyidir. Bu gün gənclərə göstərilən diqqət və qayğı dövlət siyasətinin aparıcı qollarından birini təşkil edir. Respublikamızın birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də gənclərə diqqət göstərilir",- deyə təşkilat sədri qeyd edib.Çıxışının davamında V.Seyidov Azərbaycanda mövcud olan sabitlikdən, nüfuzundan və ölkəmizin inkişafı istiqamətində görülən işlərdən də bəhs edib: "Azərbaycanda mövcud olan hazırki şərait heç bir qonşu ölkələrdə hətta bəzi Avropa ölkələrində də mövcud deyil. Biz bütün bunlara görə, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Azərbaycan gəncləri belə bir Respublikada yaşadıqları üçün xoşbəxtdirlər".YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Aydın Əhmədov bütün gəncləri bayram münasibətilə təbrik edib onlara gələcək həyatları və fəaliyyətlərində uğurlar arzu edib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin müavini Aydın Yusifov Suraxanı rayonunda gənclərə göstərilən diqqət xüsusi qeyd edib. O gənclərin bayramını təbrik edərək, onlara təhsillərində uğurlar arzu edib.Millət vəkili Sevinc Fətəliyeva qeyd edib ki, Tarix boyu Azərbaycan öz gəncliyi ilə fəxr edib: "Bu gün Azərbaycan gəncliyi öz təşəbbüskarlığı ilə fərqlənir. Əgər burnölkıni qiymətləndirmək istəsək ilk növbədə gənclərə önəm verməliyik. Bu gün ölkəmizdə gənclər üçün bütün imkanlar yaradılıb. Buna görə biz Prezident İlham Əliyevə təşəkkür etməliyik. Bu gün gənclərimiz sosial, siyasi, iqtisadi məsələlərdə təmsil olunur, bütün proseslərdə yaxından iştirak edirlər. Sizin qarşınızda məqsəd olmalıdır. Lakin bu məqsəd təkcə şəxsi deyil, ölkəmizin, dövlətimizin inkişafı naminə olmalıdır. Siz Vətən mənim üçün nəsə etsin deyil, mən Vətən üçün nəsə etməliyəm prinsipi ilə yaşamalısız. Məqsədlərimizə çatmaq üçün səy göstərməli, çalışmalı, xidmət etməliyik. Mən əminəm ki, belə olduğu təqdirdə bütün arzu və istəklərinin çatacaqsınız. Əziz gənclər yolunuz açıq olsun!".

sia.az