Siyasət

  • 4 465

Müşfiq Ələsgərli: "İnformasiya qanuni prinsiplərə zidd olmamalıdır" ÖZƏL-MÜNASİBƏT

image

"KİV haqqında qanunvericilikdə göstərilir ki, KİV-lər qanununi yolla seçilmiş hakimiyyətlərə qarşı etimadsızlıq mühiti yaradan çağırışlara yer verməməli, cəmiyyətdə sabitliyin pozulmasına yönəlmiş materiallrı tirajlamamalıdırlar”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.“Nəzərə alsaq ki, KİV haqqında qanunvericiliyin 3-cü maddəsində internet də KİV qurumu kimi təsnif edilib, onda bu prinsiplərin sosial mediaya da aidiyyatı olduğu qənaətinə gəlinir. Düzdür, deyirlər ki, “facebook” şəxsi fikirlərin yazılması üçün azad platformadır və şəxs istədiyi fikirləri bölüşə bilər. Amma nəzərə almaq lazımdır ki, bunun özünün də standartları var. Statuslar “facebook”da açıq auditoriya üçün yazılırsa və hamının gördüyü platformada paylanırsa, bu artıq sənin fikirlərinin kütləviləşməsi, tirajlanması sayılır. Kütləvi tirajlanma hansısa fərdə ünvanlanmış və fərdin məktub qutusuna göndərilimiş statusdan fərqlənir. Geniş “facebook” istifadəçiləri üçün, hər kəs üçün açıq olan informasiya artıq tirajlanmış sayılır və hüquqi məsuliyyət yaradır. Bu baxımdan ümumi auditoriyaya ünvanlanmış, tirajlanmış informasiya, fikir və sair qanuni prinsiplərə zidd olmamalıdır"-deyə, MŞ-nın sədr müavini fikirlərini tamamlayıb.

sia.az

Digər xəbərlər