Siyasət

  • 3 948

Deputat: “Ölkələrimiz arasında əməkdaşlıq imkanları çox genişdir" ÖZƏL-AÇIQLAMA

image

“Azərbaycanın Tacikistanla möhkəm dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün Tacikistanın prezidenti cənab İmoməli Rəhmonun ölkəmizə səfərini də bir dost ölkənin prezidentinin ölkəmizə səfəri kimi başa düşürəm”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, müstəqillik Tacikistanda da Azərbaycan kimi çətin qazanılıb: “Ölkə vətəndaş müharibəsindən əziyyət çəkib. Məhz cənab İmoməli Rahmonun rəhbərliyi ilə Tacikistan bütün çətinlikləri arxada qoya bilib. Tacikistanın iqtisadiyyatı inkişaf mərhələsindədir. Ölkələrimiz arasında əməkdaşlıq imkanları çox genişdir. Cənab prezident İmoməli Rəhmonun ölkəmizə səfəri çərçivəsində ölkələrimiz üçün əhəmiyyətli bir çox strateji tərəfdaşlıq imkanlarını genişləndirəcək sənədlərin imzası gözlənilir. Ümumiyyətlə qısa olaraq qeyd etmək istəyirəm ki, cənab İmoməli Rəhmonun ölkəmizə səfəri Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaqdır”.Qeyd edək ki, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

sia.az

Digər xəbərlər