Siyasət

  • 4 302

“Azərbaycan bütün beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib" ÖZƏL-ŞƏRH

image

"YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çox əhəmiyyətlidir. Çünki YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi Azərbaycanın, xüsusilə paytaxt Bakının beynəlxalq münasibətlərdə, aləmdə nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin ən vacib göstəricilərindən birincisidir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.YAP Siyasi Şurasının üzvü bildirib ki, belə bir tədbirin ölkəmizdə təşkili dövlətimizin qazandığı nüfuzdan, gücdən xəbər verir: "Artıq YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu il 30 iyun–10 iyul tarixində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitə qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən gələcək. Bu tədbir Azərbaycanın siyasi münasibətlərdəki mövqeyini bir daha möhkəmləndirəcək, eləcə də beynəlxalq əməkdaşlıqda kifayət qədər önəm kəsb edəcək. Hesab edirəm ki, bu bütün sahələrdə Azərbaycanın nə qədər inkişaf etməsinin, qüdrətli olmasını bir göstəricisidir. Azərbaycan tolerant bir ölkədir və dünyada əhəmiyyətli rola malikdir. Azərbaycan indiyədək ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və bundan sonra da edəcək. Bu Azərbaycanın dünya birliyinə verdiyi önəmin bir nümunəsidir. Azərbaycan dünya, beynəlxalq aləm üçün nə qədər əhəmiyyət kəsb etdiyini bu tədbirlərlə, apardığı siyasətlə təsdiq edib”.

sia.az

Digər xəbərlər